Accessibility links

Monteneqroda ABŞ səfirliyinə hücum edən sabiq əsgər olub


Monteneqro polisi paytaxt Podqoritsada ABŞ səfirliyinə partlayıcı cihaz atıb, daha sonra özünü öldürən şəxsin kimliyini müəyyən edib.

Onun NATO-nun 1999-cu ildə Serbiya və Monteneqronu bombalamasından sonra Serbiyanın sabiq lideri Slobodan Miloşeviç tərəfindən ordenə layiq görülən sabiq əsgər olduğu bildirilib.

Polis 43 yaşlı Dalibor Yaukoviçin kimliyinin yaxın qohumu tərəfindən təsdiq edildiyini deyib.

Həmin şəxs çərşənbə yerli vaxtla gecə saat 12 radələrində səfirliyin həyətinə qumbara atıb, daha sonra özünü partladandan sonra polis orada təhlükəsizlik tədbirlərini artırıb.

Polis deyir ki, partlayış krater yaratsa da, səfirlik binasına zərər dəyməyib.

ABŞ Dövlət Departamenti səfirlik işçilərinin hücum edən şəxsin şəxsiyyətini müəyyən etmək üçün polisə yardım etdiyini və heç kəsin xəsarət almadığını bildirib.

Birləşmiş Ştatlar bu kiçik Balkan ölkəsi ilə 2006-cı ildə Monteneqro Serbiyadan ayrılandan sonra diplomatik əlaqələr yaradıb.

XS
SM
MD
LG