Accessibility links

Monteneqro prezident seçkilərinin qalibi Milo Dukanoviç olub


İlkin təxminlərə görə, Monteneqronun altı dönəm baş naziri olan Milo Dukanoviç prezident seçkilərinin qalibi olub.

“Müstəqil Monitorinq və Araşdırmalar Mərkəzi”nin açıqladığı nəticələrə görə, Dukavoviç seçkilərin birinci turunda təkrar seçkilərə yol verməyərək, səslərin 54 faizini qazanıb.

Onun əsas rəqibi Mladen Bojanic səslərin 33 faizini əldə edib.

Səslərin nəticələri təsdiqlənsə, bu, Dukanoviç və onun hakim “Demokratik Sosialist Partiyası” üçün böyük nailiyyət olacaq.

Səsvermə Monteneqronun dekabr ayında NATO-ya qoşulmasından sonra Avropaya inteqrasiya tərəfdarı olan Dukanoviç üçün əsl sınaq mahiyyəti daşıyır.

Ölkənin qabaqcıl siyasətçisi Dukanoviç və onun “Demokratik Sosialist Partiyası” 30 ildir Monteneqronu idarə edir.

XS
SM
MD
LG