Monteneqroda rəy sorğusu aparan CEMI mərkəzi bazar ertəsi parlament seçkilərindən sonra prezident Milo Djukanoviçin qərbyönümlü Demokratik Sosialist Partiyasının (DPS) Serbiya və rusiyayönümlü Çernoqoriyanın Gələcəyi Naminə ittifaqından bir qədər irəlidə olduğunu proqnozlaşdırıb.
İki əsas siyasi partiyanın heç birinin 81 yerlik parlamentdə çoxluq üçün lazımi 41 yeri əldə edə bilmədiyi təqdirdə koalisiya hökumətinin yaradılması üçün bu partiyalardan hər birinin kiçik partiyaların dəstəyinə ehtiyacı olacaq.
Tərəfdarları qarşısında çıxış edən Djukanoviç Demokratik Sosialist Partiyasının parlamentdə ən güclü tərəf olaraq qaldığını deyib.
"Belə bir nəticə Sosialist Demokratik Partiyasının Monteneqroda və bu seçkilərdə təkcə səs baxımından deyil, həm də mandat baxımından ən güclü partiya olduğunu göstərir" - deyə, o bildirib.
Djukanoviç Sosialist Demokratik Partiyasının rəsmi nəticələri gözlədiyini və nəticəni "qeyd-şərtsiz" qəbul edəcəyini deyib.
Bu arada, Monteneqronun Gələcəyi Naminə ittifaqının lideri Zdravko Krivokapiç qələbə qazandığını iddia edir.
"Monteneqro xalqı, azadlıq oldu! Yaxşı şeylər gözləyə bilənlər üçündür. 31 il davam edən hakimiyyətdən sonra bu baş verməli idi", Krivokapiç deyib.
Mərkəzi seçki komissiyasının yaxın günlərdə bazar günü keçirilən parlament seçkilərinin nəticələrini açıqlayacağı gözlənilir.
Sosialist Demokratik Partiyası və Djukanoviçin hakimiyyəti altında olan Monteneqro 2006-cı ildə müstəqilliyini elan etdikdən sonra NATO-ya üzv olmaq üçün Serbiya və Rusiya ilə əlaqələri kəsib.
Ölkə daxilində Djukanoviç və onun partiyası avtokrat idarəetmə, korrupsiya və cinayətlərlə əlaqələrdə ittiham edilir.