Cümə günü Somalinin paytaxtı Moqadişuda üç maşın bombası partlayıb və silahlı atışma baş verib. Şahidlər və səhiyyə rəsmilərinin verdiyi məlumata görə, nəticədə dörd silahlı şəxsdən əlavə azı 23 nəfər həyatını itirib.
Bir-birindən 10 dəqiqə aralıqda baş verən partlayışlarda Sahafi Oteli və onun ətrafı hədəf alınmışdı. OtelSomali Polis Qüvvələrinin Cinayət Təhqiqatları Departamentinin baş qərargahı yaxınlığında yerləşir. Yerli təcili yardım xidmətinin başçısı Amerikanın Səsinə bildirib ki, onun şirkəti 45 yaralı insanı xəstəxanaya aparıb.
Hadisə yerinə gələn Somali təhlükəsizlik rəsmiləri deyib ki, dörd militant otelə daxil olaraq, dama çıxıb və oradan aşağıdakı insanlara atəş açıb. Onların sözlərinə görə, təhlükəsizlik qüvvələri silahı şəxsələri öldürməyə nail olub və otel otaqlarından onlarla insanı xilas edib.
10 ildən çoxdur qiyam edən militant əl-Şəbab qrupu hücumu ələ keçirdiyini bildirib.
Hadisə vaxtı oteldə olan şahid adının anonym qalması şərti ilə deyib ki, partlayış nəticəsində binanın ön tərəfi dağılıb, pəncələr qırılıb.
Sabiq somalili qanunverici Abdi Bar Cibril deyib ki, ölənlərin çoxu ya yolda keçənlər ya da avtobus sərnişinləri olub.
“Ölənlər arasında iki qadın və səkkiz yaşlı uşaq da var” – deyə, o, Amerikanın Səsinə bildirib.
Digər şahidlər isə otelin arxasındakı dalanda cəsədlər gördüklərini və o insanların hökümət uniformasında olduqlarını bildirib.