Accessibility links

Moqadişuda partlayış nəticəsində azı yeddi nəfər ölüb


An ambulance is seen at the site of a blast at an ice-cream parlor in Mogadishu, Somalia, Nov. 27, 2020.
An ambulance is seen at the site of a blast at an ice-cream parlor in Mogadishu, Somalia, Nov. 27, 2020.

Cümə günü Moqadişuda böyük partlayış nəticəsində azı yeddi nəfər ölüb. Hücum ABŞ-ın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Kristofer Millerin Somali paytaxtına gözlənilməz səfərindən bir neçə saat sonraya təsadüf edib.

Şahidlər deyib ki, intiharçı bomba özünü hava limanına aparan yolun kənarında məşhur dondurma mağazası olan Gelato Devinoda patladıb.

Moqadişunun təcili tibbi yardım xidmətlərindən biri olan Amin Təcili Tibbi Yardım hücumda azı yeddi nəfərin öldüyünü bildirib. Somali polisi də daha 10 nəfərin yaranlandığı barədə xəbər verib.

SITE Kəşfiyyat Qrupunun məlumatına görə, Əl Qaidə ilə əlaqəsi olan Əl Şəbab ekstremist qrupu hüucumun məsuliyyətini üzərinə alıb. Əl Şəbab Somali hökümətini devirmək və Şəriətin ən sərt qanunlarını tətbiq etmək istəyir.

Pentaqon cümə günü Millerin cümə axşamı Moqadişuda və yaxınlıqdakı Cibutidə yerləşən Lemmonnier Düşərgəsində ABŞ-ın hərbi personalı və podratçıları ilə Şükran bayramını qeyd etdiyini bildirib.

Millerin sürpriz ziyarəti ABŞ prezidenti Donald Trampın Moqadişuda Somali ordusunu təlim keçən və dəstək verən 700 ABŞ personalının çoxunu geri çəkməyi planlaşdırdığına dair xəbələrin yayılmasından sonraya təsadüf edib.

Somali hökümətinin rəsmiləri və müxalifət liderləri cümə günü baş verən hücumu qınayıblar. Somali baş naziri Məhəmməd Hüseyn Roble qrubanların ailələrinə başsağlığını çatdırıb və somaliləri terrora qarşı birləşməyə çağırıb.

Somali polisi ölənlər arasında gənc mütəxəssislərin, o cümlədən Əddis Əbəbədəki Somali səfirliyinin işçisinin olduğunu bildirib.

XS
SM
MD
LG