Somali rəsmiləri Əl-Şəbab qrupunun intiharçı bomba hücumçusunun Moqadişuda merin ofisində törətdiyi partlayış nəticəsində altı nəfərin öldüyü, mer də daxil olmaqla altı nəfərin yaralandığını bildirib.
Hücum BMT-nin Somali üzrə xüsusi nümayəndəsi Ceyms Svanın Moqadişuya səfərindən bir qədər sonra törədilib. Svan hücumu kəskin qınayıb.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən Əl-Şəbab ekstremist qrupu hücumun hədəfinin amerikalı Ceyms Svanın olduğunu bildirib. Rəsmilər hücumçunun təhlükəsizlik kordonunu necə keçə bildiyini araşdırır.
Somalinin informasiya naziri Məhəmməd Əbdi Hayir Mareere bomba hücumundan sonra keçirilən mətbuat konfransında bildirib ki, üç regional direktor ölənlər arasındadır.
Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab qrupu prezident sarayı və Moqadişudakı digər hökumət binalarını hədəf alaraq hücumlar törədir.