Şənbə Somalinin paytaxtı Moqadişuda iki maşın bombası partlayıb. Nəticədə ölənlərin sayı hələ ki, məlum deyil.
Şahidlər deyir ki, silahlı şəxs Nasa-Hablod otelinin girişinin önündə partlayıcılarla dolu maşını partladandan sonra otelə daxil olub.
İlkin məlumatlara əsasən ilk partlayışda azı 10 nəfər ölüb, altı nəfər yaralanıb.
Şahidlər silahlı şəxslərin içəridə döyüşdüyünü bildirib. Təhlükəsizlik qüvvələri ərazini mühasirə edib.
Yerli müxbir Amerikanın Səsinə doqquz nəfərin öldüyünü gördüyünü söyləyib. O, təcili yardım maşınlarının hadisə yerindən ölü və yaralıları apardıqlarını bildirib.
Nasa-Hablod oteli Somalinin prezident sarayının yaxınlığında yerləşir və siyasətçilər, nazirlər və qanunvericilər tez-tez həmin oteldən istifadə edir.
İkinci maşın bombası keçmiş parlament binasının yanında partlayıb. Onun səbəb olduğu zərərlərin miqyası hələ ki, bilinmir.
Əl-Şəbaba militant qrupu məsuliyyəti üzərinə götürüb.
Şənbə günü baş verən partlayışlar Moqadişuda azı 358 nəfərin ölümü ilə nəticələrən böyük partlayışdan iki həftə sonraya təsadüf edir.