Accessibility links

Yunanıstandakı miqrant düşərgəsini yandıranlar həbs edilib


Yunanistan polisi ölkədəki ən böyük qaçqın düşərgəsini xarabalığa çevirən yanğını törətməkdə şübhəli bilinən altı miqrantı həbs edib. 12 min 500-dən çox miqrantın sığınacaqsız qalmasına səbəb olan bu yanğın humanitar böhrana səbəb olub.

Şübhəlilərin hamısı Əfqanıstan vətəndaşıdır və aralarında iki azyaşlı var. Keçən həftə Moriya düşərgəsinində yanğın törədənlər Terrorla Mübarizə və Milli Kəşfiyyat İdarəsinin işçiləri, eləcə də şahidlərin köməyi ilə videoda tanıdıqdan sonra həbs edilib.

Polis sözçüsü Teodor Kronopulos Amerikanın Səsinə verdiyi açıqlamasında yetkinlik yaşına çatmayanların şimaldakı Selanik və Katerini şəhərlərindəki xüsusi prokurorların qarşısına çıxarılacağını bildirib.

Kronopulos digər şübhəlilərin Lezbos adasında saxlandıqlarını, ittiham irəli sürülməsi üçün prokuror qarşısına çıxdıqlarını və çox guman ki, deportasiya olunacaqlarını deyib.

Rəsmilər bundan əvvəl də 35 nəfərdə COVID-19 aşkar edilməsindən və sonra karantin tədbirləri həyata keçirməyə başladıqdan sonra düşərgədəki silahlıları Moriya düşərgəsini qəsdən atəşinə tutmaqda günahlandırmışdı.

Moriyada baş verən dəhşətli yanğından sonra yerli bir neftayırma zavodu da daxil olmaqla, azı beş yerdə yanğın baş verib və rəsmilər bu yanğınların biri-biri ilə əlaqəli olmasından şübhələnir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG