Accessibility links

Moskva: Krımda mühüm körpüdə maşın bombası böyük yanğına səbəb olub


Kerç körpüsündə yanğın. 8 oktyabr, 2022.
Kerç körpüsündə yanğın. 8 oktyabr, 2022.

Moskva şənbə günü bildirib ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı Rusiya ilə birləəşdirən əsas körpüdə maşın bombasının partlaması nəticəsində böyük yanğın baş verib. Lakin Moskva partlayışa görə dərhal Ukraynanı günahlandırmayıb.

Ruisya Prezidenti Vladimir Putinin göstərişi ilə inşa edilən və 2018-ci ildə istismara verilən avtomobil və dəmir yolu körpüsü Ukraynada, xüsusilə də cənubda döyüşən Rusiya əsgərlərinə hərbi texnikanın çatdırılması, eləcə də qoşunların daşınması üçün əsas nəqliyyat yoludur.

Kerç boğazının üzərindən keçən körpü işğal olunan Krım ərazisi ilə Rusiya arasında yeganə keçiddir.

“Bu gün səhər saat 6:07-də Krım körpüsünün avtomobil yolunda...bir maşın bombası partladı və dəmir yolu ilə Krıma daşınan yeddi neft tankerinin alovlanmasına səbəb oldu,” Rusiya xəbər agentlikləri milli terrorla mübarizə komitəsində istinadən bildirib.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Kremlin sözçüsü deyib ki, Putin partlayışla bağlı araşdırma aparmaq üçün komissiyanın yaradılmasına göstəriş verib.

Krımda Rusiyanın təyin etdiyi regional parlamentin başçısı Vladimir Konstantinov partlayışa görə “ukraynalı vandalları” günahlandırıb.

Rusiya, Ukraynadakı döyüşlərə baxmayaraq, körpünün təhlükəsiz keçid olduğunu bildirirdi, ancaq hücuma məruz qaldığı halda Kyivi qisas almaqla hədələyib.

Partlayışın arxasında Ukraynanın olduğu müəyyən edilərsə, bu, Moskva üçün ciddi narahatlıq doğuracaq, çünki körpü cəbhə xəttindən çox uzaqda yerləşir.

Krım yarımadasında Rusiyanın hərbi obyektlərində bir neçı partlayış olub.

Ukraynanın bu yaxınlarda şərq və cənubda ərazilər ələ keçirməsi Kremlin ötən həftə Donetsk, qonşu Luhanks cə cənubda yerləşən Zaporijye və Xerson bölgələrini ilhaq etdiyinə dair iddiasına xələl gətirib.

Bu dörd ərazi Rusiya ilə Krım yarımadası arasında çox mühüm quru dəhlizi yaradır və birlikdə Ukrayna ərazisinin təxminən 20 faizini təşkil edir.

XS
SM
MD
LG