Accessibility links

Moskvada daha bir avtobus qəzası


Rusiyanın Fövqəladə Hallar Nazirliyi dekabrın 29-da Moskvada avtobus qəzasında iki nəfərin ölməsi barədə məlumatları təkzib edib, hadisə zamanı üç nəfərin xəsarət aldığını bildirib.

Nazirlik avtobus qəzasında yaralılarla bağlı məlumatların da dəqiqləşdirildiyini vurğulayıb.

Moskva şəhər polisi Skhodnenskaya metrostansiyası yaxınlığında bir avtomobilin avtobusu vurduğunu və onu dayanacağa itələdiyini bildirmişdi.

Moskvanın meri Sergey Sobyanin dekabrın 29-da bildirib ki, qəzanın hərtərəfli araşdırılmasına göstəriş verib.

Polis daha öncə bir nəfərin avtobusda, digərinin dayanacaqda öldüyünü bildirirdi.

Dörd gün öncə Slavyanskiy bulvarı metrostansiyası yaxınlığında avtobus yeraltı keçidə sürmüşdü, 4 nəfər ölmüş, 13 nəfər yaralanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG