Accessibility links

Kremli tənqid edən jurnalist həbs edilib


Cümə axşamı Moskva məhkəməsi şəhərdə koronavirusa görə təcrid zamanı təkbaşına keçirdiyi piketə görə Kremlin tanınmış tənqidçi jurnalistinə qarşı 15 gün həbs cəzası hökmü çıxarıb.

Kremli tənqid edən "Novaya qazeta" qəzetinin jurnalisti İlya Azar polis tərəfindən nəzarət altına çərşənbə axşamı məşhur blogerin təqibinə etiraz etmək üçün Rusiya paytaxtının polis qərargahının qarşısında tək etiraz edərkən alınıb.

Rusiyada birnəfərlik etiraz aksiyası qanunidir. Lakin şəhərin meri Sergey Sobyanin koronavirus epidemiyası zamanı ictimai tədbirlərə qadağa qoyub və insanların evlərini yalnız müəyyən işləri görmək üçün tərk edə biləcəyini deyib.

Cümə axşamı günü məhkəmə Azarı etirazlarla bağlı qanunu dəfələrlə pozmaqda günahkar tanıyaraq, 15 gün müddətinə həbs cəzasına məhkum edib.

"Exo Moskvı" radiostansiyasının baş redaktor müavini Tatyana Felgenqauer də daxil olmaqla, azı üç jurnalist Azarı dəstəkləmək məqsədilə təkbaşına piket keçirdikləri üçün həbs edilib.

Felgenqauer həbs edilərkən əlində "Təkbaşına piketlər cinayət deyil" yazılmış plakat tutub.

Saxlanılan jurnalistlərin hamısı maskada olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG