Moskvadakı rəsmilər daha iki-üç həftə içində daha çox yataq yerinin alınmasına səy göstərilməsinə baxmayaraq, Rusiya paytaxtında koronavirus xəstələrinin axınının artması müalicə etmək üçün xəstəxana çarpayılarının tükənə biləcəyinə dair xəbərdarlıq edib.
Rusiyanın ən çox zərər görən bölgəsi olan Moskva yeni virus xəstələrini müalicə etmək üçün xəstəxanaları yenidən quraraq minlərlə yeni çarpayını istifadəyə hazırlayıb.
Lakin rəsmilər bu cəhdlərin yetərli olmadığını və daha da güclənməli olduqlarını deyib..
"...Operativ Qərargah dövlət, federal və özəl xəstəxanaların sayının artmasına baxmayaraq, yaxın iki-üç həftə ərzində yenidən qurulmuş xəstəxanalardakı çarpayı çatışmazlığının mümkündür" - deyə, Moskva şəhər Səhiyyə departamenti bildirib.
Mövcud vəziyyət nəzərə alınmaqla daha 24 xəstəxana yenidən qurulacaq və yaxın 10 gün ərzində cəmi 21.000 çarpayılıq xəstəxananın olacağı planlaşdırılır. Bu barədə bazar ertəsi verilən açıqlamada deyilir.
Rusiya paytaxtında yeni təsdiqlənmiş infeksiyalar rekord səviyyədə artıb. Bir gecədə 1489 nəfər yoluxma qeydə alınaraq ümumi olaraq 13 000 həddini aşıb.
Moskva daxil olmaqla ölkə üzrə yoluxma faktları 21 100-ü keçib. Rəsmilər bu günə qədər 170 nəfərin öldüyünü bildirib.
Yerli parlamentin səhiyyə komissiyasında oturan moskvalı deputat Sergey Savostyanov keçən həftə Reuters agentliyinə verdiyi açıqlamada, paytaxtda hər gün 1500-dən çox xəstənin artacağı təqdirdə xəstəxana gücünün tükənəcəyini deyib.
"Tanış olduğum səhiyyə büdcəsinə dair sənədlərə və iştirak etdiyim iclaslara görə düşünürəm ki, 1500-2000 nəfər (gündə) yoluxsa, şəhər üçün kritik ola biləcək çox ciddi bir həddə çatacağıq" - deyə, o qeyd edib.