Accessibility links

Moskva Dövlət Açıq Universitetinin rəhbərləri həbs edilib


Moskva Dövlət Açıq Universitetinin rəhbərləri həbs edilib
Moskva Dövlət Açıq Universitetinin rəhbərləri həbs edilib

Universitet rəhbərlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə idarəsi həbs edib

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənov həbs edilib. Hər üç şəxsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə idarəsi saxlayıb.

Universitetdən yerli mediaya bildiriblər ki, hər üç şəxsə qarşı Azərbaycan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda özgə əmlakını ələ keçirməklə törədilən dələduzluq, mənimsəmə və israf etmə maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialı 2010-cu ildə bağlanıb. Rəsmi Bakı universitetin qanunsuz fəaliyyət göstərdiyini bildirib.

XS
SM
MD
LG