Accessibility links

Moskva Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmağa yardım etməyə hazır olduğunu bildirir


Rusiya Ermənistanla Türkiyə arasında münasibətləri bərpa etmək səylərinə vasitəçilik etməyə hazır olduğunu bildirir. Bu, bu həftə Yerevanın Moskvaya bununla bağlı tələb göndərdiyiyə dair xəbərlərdən sonraya təsadüf edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 25-də mətbuat brifinqi zamanı bildirib ki, iki qonşu ölkə arasında münasibətlərin normallaşdırılması “şübhəsiz ki, regiondakı ümumi vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcək.”

Sabit Sovet İttifaqı respublikaları Ermənistan ilə Azərbaycan arasında ötən il altı həftə davam edən müharibə baş verib.

2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi əldə olunan nəticəsində döyüşlər başa çatıb, dəhlizlər yaradılıb, Rusiya sülhməramlıları əraziyə yerləşdirilib.

Kreml bu həftə iki Cənubi Qafqaz ölkəsi arasında gərginliyin artması fonunda Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında noybarın 26-da Soçidə keçiriləcək görüşə ev sahibliyi edəcəyini elan edib.

Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanian bu həftə Azadlıq Radiosuna bildirib ki, Yerevan Moskvaya Ankara ilə ilkin şərtlər olmadan əlaqələri normallaşdırmağa hazır olduğunu bildirib və bu prosesə Moskvanın vasitəçilik etməsini istəyib.

“Bizim ölkə bu prosesi mümkün hər bir yolla irəlilətməyə hazırdır,” Rusiyanın sözçüsü Zaxarova deyib. “Biz inanırıq ki, bu prosesin başlaması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcək.”

O əlavə edib ki, Rusiya iqtisadi münasibətləri və regiondakı nəqliyyat əlaqələrini bərpa etmək üçün bütün tədbirləri görür.”

Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında ictimani bəyanatlarla çıxış edərək onillər boyu tarixi hadisələr səbəbilə düşmənçilik edəndən sonra əlaqələrin normallaşdırılması üçün “müsbət siqnallar”ın olduğunu bildiriblər.

Paşinyan noyabrın 23-də Yerevanın Ankara ilə münasibətləri normallaşdırmağa hazır olduğunu təkrarlayıb.

Lakin o xəbərdarlıq edib ki, Türkiyə Azərbaycanın Ermənistandan Naxçıvana birbaşa dəhliz əldə etməsi kimi şərtlər ilə sürsə bu cür proses baş tuta bilməz.

“Biz Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirik. Biz hər hansı dəhliz məsələsini müzakirə edə bilmərik. Amma biz regional nəqliyyat əlaqələrinin açılmasını müzakirə etmək istəyirik,” Paşinyan deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu ayın əvvəlində Le Figaro-ya müsahibəsində Ankaranı Yervanla dialoq aparmaq üçün yeni şərtlər irəli sürməkdə ittiham edib və bunu qəbulolunmaz adlandırıb.

XS
SM
MD
LG