Accessibility links

Moskva Helsinki qrupunun rəhbəri vəfat edib


ABŞ və Avropa İttifaqı rusiyalı hüquq müdafiəçisi, Moskva Helsinki qrupunun rəhbəri Lyudmila Alekseyevanın ölümü ilə bağlı başsağlığı verib.

“ABŞ-ın Moskvadakı səfirliyi Lyudmila Alekseyevanın vəfatını dərin hüznlə qarşılayır. Onun ədalətsizlik və repressiya qurbanları uğrunda fədakar işi hamımız üçün bir nümunədir,” səfirliyin bəyanatında bildirilir.

Onun ədalətsizlik və repressiya qurbanları uğrunda fədakar işi hamımız üçün bir nümunədir.

Kremlin sözçüsü Dimitri Peskovun sözlərinə görə, prezident Vladimir Putin də onun ölkə həyatındakı bir çox məsələlərdə prinsipial mövqeinə həddən artıq hörmətlə yanaşırdı.

Alekseyeva bir neçə gün əvvəl yenidən İnsan Haqları Şurasının tərkibinə düşübmüş.

Alekseyeva Moskva Helsinki qrupu 1976-cı ildə yarandığı andan onun üzvü olub.

Növbəti il Sovet hakimiyyəti tərəfindən təqib olunduğuna görə mühacirətə getməli olub və ABŞ-da yaşayıb.

Rusiya prezidenti Vladimir Putin administrasiyasının tənqidçisi olan Lyudmila Alekseyevaya mükafat təqdim edir.
Rusiya prezidenti Vladimir Putin administrasiyasının tənqidçisi olan Lyudmila Alekseyevaya mükafat təqdim edir.

“Azadlıq” və “Amerikanın Səsi” radiolarında insan haqları ilə bağlı verilişlər aparıb.

1993-cü ildə Rusiyaya dönüb. 1996-cı ilin mayında Moskva Helsinki qrupunun sədri seçilib. Dəfələrlə Rusiya hakimiyyətini insan haqları pozuntularına görə tənqid edib.

Ludmila Alekseyeva dekabrın 8-də 91 yaşında Moskvada vəfat edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG