Accessibility links

Moskva məhkəməsi Rusiya DİN-nin İdrak Mirzəlizadə ilə bağlı qərarının icrasını dayandırıb


İdrak Mirzəlizadə
İdrak Mirzəlizadə

Moskva məhkəməsi Daxili İşlər Nazirliyinin Azərbaycan əsilli komediyaçının səhnədə ruslarla bağlı zarafatına görə ölkəyə daxil olmasına və orada ömürlük yaşamasına qadağa qoyulması barədəki qərarının icrasını dayandırıb.

Komediyaçı İdrak Mirzəlizadənin vəkili Sergey Badamşin Telegram səhifəsində Zamoskvoreçye rayon məhkəməsinin sentyabrın 16-da bu məsələ ilə bağlı məhkəmənin son qərarına qədər nazirliyin qərarının icrasını dayandırdığını bildirib.

Daxili İşlər Nazirliyi avqustun 30-da bildirib ki, Rusiyada daimi yaşayış haqqına sahib Belarus vətəndaşı Mirzəlizadənin Rusiya Federasiyasında qalması "etnik ruslara qarşı kin və düşmənçiliyi qızışdıran" bəyanatları səbəbilə "arzuolunmazdır."

Moskvada tanınmış stand-ap komiklərindən olan Mirzəlizadə mübahisəyə səbəb olan performansın qeyri-rusların Rusiyanın paytaxtında mənzil kirayələmək istədikləri zaman qarşılaşdıqları problemlərlə bağlı olduğunu deyib.

Komediyaçı həmin performansda rusiyalılarla bağlı düşüncələrin tək-tük insidentlərə görə formalaşmasının nəticələri barədə zarafat edib və bununla da ruslar arasında yaşayan qeyri-ruslarla bağlı düşüncələri formalaşdıran vəziyyətlər arasında analogiya aparıb.

Mirzəlizadə bu səhnəyə görə avqust ayında 10 gün həbsdə qalıb.

Günahsız olduğunu iddia etsə də, o, "performansın kontekstdən çıxarılan bəzi hissələri ilə təhqir olunduğunu hiss edənlərin hamısından" bir neçə dəfə açıq şəkildə üzr istəyib.

İyun ayının əvvəlində komediyaçı Instagram səhifəsində performansına görə bir neçə təhdid aldığını və iki naməlum şəxs tərəfindən hücuma məruz qaldığını yazmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG