Accessibility links

Moskva metropoliteni Navalnını dəstəkləyən onlarla işçini işdən çıxarıb


Moskva metropoliteni Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnını dəstəkləyən onlarla işçini işdən çıxarıb. Bu barədə müstəqil Dojd TV xəbər agentliyi məlumat verib.

İşdən çıxarılmalar ötən ay Navalnının yüzlərlə tərəfdarının adının, bəzi hallara isə iş yerləri ilə bağlı məlumatların olduğu məlumat bazasından informasiyanın sızmasından sonraya təsadüf edib.

Dojd TV bildirib ki, onlar sızmış məlumat bazasında Moskva metropoliteninin işçisi olaraq görülən insanlarla əlaqə saxlayıb və onlardan 33-ü işdən çıxarıldığını təsdiq edib.

The firings follow the leak of a database last month that contained the names -- and in some cases employment information -- of hundreds of Navalny supporters.

Keçmiş metro işçiləri Dojd xəbər agentliyinə bildirib ki, onlar ofisə çağırılıblar və onlara bəzi hallarda heç bir izahat verilmədən belə onların xidmətinə artlq ehtiyacın qalmadığı bildirilib.

Onlara işdən könüllü şəkildə çıxdıqlarını bildirən sənədi imzalamaları tələb olunub. Əks halda onlar intizamı pozmaq səbəbilə işdən qovulacaqdı və bu da onların başqa yerdə iş tampaq imkanlarına zərər vura bilərdi.

İşçiləri bəziləri deyib ki, onlara qeyri-rəsmi söhbət zamanı onların işdən çıxarılmasına “yuxarıdan” göstəriş verildiyi bildirilib.

İşdən çıxarılmalar dövlətin Rusiyanın prezidenti Vladimir Putinə qarşı çıxan Navalnının siyasi hərəkatını dağıtmaq kampaniyasının bir hissəsidir. Son illərdə Navalnının sosial mediadan məharətli istifadə etməsi nəticəsində bu hərəkat sürətlə böyüyüb.

Müxalifət lideri və anti-korrupsiya fəalı Rusiya boyu on minlərlə insanı hökumət əleyhinə etirazlarda iştirak etməyə çağırıb. Bunlarda biri onun həbsindən sonra 100 min insanın iştirakı ilə keçirilən etiraz askiyasıdır.

Hərəkatın nüfuzunun artması fonunda Moskvada prokurorlar ötən ay məhkəmədən Navalnının regional kampaniya şəbəkəsini, habelə onun Anti-Korrupsiya Fondu və Vətəndaşların Haqlarının Müdafiə Fondunu ekstremist təşkilatlar olaraq tanımasını istəyib.

Moskva Şəhər Məhkəməsi məsələ ilə bağlı mayın 17-də qərar verəcəyini bildirib.

Bu arasda isə bir qrup rusiyalı qanunvericilər məhkəmə tərəfindən “ekstremist və ya terrorist” kimi tanınan qrup ya da təşkilatlarla əlaqəsi olan insanların üç il boyunca parlament seçkilərində iştirak etməsini qadağan edən qanun layihəsi irəli sürüb.

Qanun layihəsində həmçinin deyilir ki, bu cür təşkilatlar qadağan olunmadan bir il öncə onları “maddi dəstək, əmlak, habelə təşkilati, metodik, konsultativ və ya başqa cür yardımla təmin edən şəxslərin də üç il boyunvca parlament seçkilərində iştirak etməsi qadağan olunacaq.

Navalnı hazırda mənimsəmə ittihamı ilə 2 il yarımlıq həbs cəzası çəkir. O bu ittihamların saxta və onun siyasi fəaliyyəti ilə əlaqədar olduğunu deyir.

XS
SM
MD
LG