Gecə saat üç, onlarla muzdlu polis, bazarın ətrafı Rus Qvardiyası döyüşçüləri ilə əhatə olunub, əraziyə OMON daxil olur – martın 11-i Lyublinoda yerləşən “Moskva” və “Sadovod” bazarlarına, martın 12-i isə Moskvadakı “Fud Siti” topdan satış bazarına bu ssenariyə uyğun reydlər keçirilib.
Axtarış və saxlanma əməliyyatlarını DİN əməkdaşları Rus Qvardiyasının döyüşçüləri ilə birgə aparır. Şahidlərin sözlərinə görə, sənədlərin olub-olmamasından asılı olmayaraq, miqrantları avtomobillərə dolduraraq yaxınlıqdakı polis bölmələrinə aparıb. Saxlanılanların çoxu Orta Asiyadan olan miqrantlardır.
"Dünən Qırğızıstanın Moskvadakı səfiri Lyublinoya gedib. Onlar əlliyə yaxın Qırğızıstan vətəndaşınınmiqrasiya sənədlərini yoxladıqdan sonra buraxıldığını deyib. Reydlər zamanı yüzlərlə miqrant saxlanılıb. Bu cür reydlər təkcə Moskvada deyil, Peterburqda "Sofiyskiy bazarı"nda, Yekaterinburqda "Taqanskiy ryad" və "Novomoskovskiy" bazarlarında da keçib", "Radio Azattık"ın Moskvadakı müxbiri Lazat Takırbaşova Nastoyaşeye Vremyaya bildirib.
Polis idarəsi nə kütləvi yoxlama və saxlama faktlarını, nə də onların səbəblərini şərh etməyib. Moskva hökümətinin mətbuat xidməti də bu məsələyə açıqlama yaymayıb.
"İnterfaks"ın mənbəyi reydləri "həftə sonu miqrantlar arasında baş vermiş münaqişə" ilə əlaqələndirib: ehtimal ki, bu, martın 9-da Moskvada Beloreçenskaya küçəsində bıçaqlanma və atışma ilə müşahidə olunan dava ilə əlaqəlidir. Başqa bir mümkün səbəb bazarlarda kriptovalyuta bazarının axtarışdır.
İnsan haqları müdafiəçisi Karimcon Yerov, "Nastoyaşeye Vremya"ya verdiyi müsahibədə, reydlərin Moskva bazarlarında yük daşıyanların iş bazarının yenidən bölüşdürülməsi ilə bağlı ola bilərdi: "Bu cür addımları insanları qorxutnaq üçün də edə bilərlər. Bu səbəbdən də, əsasən təmizlik, yük daşımaq və bu kimi çətin, lakin çox gəlir gətirən işləri insanlar əsas hədəf seçilib."