Accessibility links

Moskva polisi müxalif qrupların keçirdiyi tədbirə basqın edib


Rusiya polisi şənbə günü bələdiyyə şuralarının müstəqil üzvlərinin keçirdiyi forumun 150 iştirakçısını saxlayıb. Bu, rəsmilərin müxalifətə qarşı çoxtərəfli təqibləri dvm etdirdiyi vaxta təsadüf edir.

Polis Moskvada keçirilən tədbir başlayandan qısa müddət sonra forumun keçirildiyi məkana basqın edib və orada olan hər kəsin “arzu olunmaz” təşkilatın təşkil etdiyi tədbirdə iştirak etdiklərinə görə həbs olunacaqlarını bildirib. Reydə başçılıq edən polis zabiti saxlananların polis bölmələrinə götürüləcəklərini və onlara inzibati cəzaların veriləcəyini bildirib.

Həbslər və siyasi repressiyalara nəzarət edən müstəqil OVD-Info qrupu bildirib ki, forumum 150-dən iştirakçısı saxlanıb. Onlar arasında Moskva rayonlarından birinə başçılıq edən müxalif siyasətçi İlya Yaşin, Yekaterinburqun keçmiş meri Yevgeni Roizman və Moskvanın bələdiyyə şurasının üzvü Yuliya Qalyamina var.

“Onların məqsədi insanları qorxudub, onları siyasətlə məşğul olmaqdan uzaqlaşdırmaqdır,” forumun təşkilinə yardım edən siyasətçi Andrey Pivovarov polis maşınında çəkilən video deyib.

Pivovarov mühacirətdə yaşayan rusiyalı maqnat Mixail Xodorkovskinin maliyyələşdirdiyi Açıq Rusiya qrupunda aparıcı rol oynayıb. Xodorkovsku Rusiyada Prezident Vladimir Putinin hakimiyyətinə meydan oxuduğuna görə siyasi qisas olaraq görünən ittihamlarla 10 il həbsdə qalandan sonra Londona köçüb.

2015-ci ildə qəbul iolunan qanuna əsasən insanlara “arzolunmaz” təşkilatlarda üzv olduqlarına görə, cinayət cəzası verilir. Hökumət bu qanundan istifadə edərək təxminən 30 qrupu, o cümlədən Açıq Rusiyanı qadağan edib.

Bundan öncəki qanun isə xaricdən maliyyələşdirilən və siyasi kimi təsvir olunan fəaliyyətlərlə məşğul olan qeyri-hökumət təşkilatları “xarici agent” kimi qeydiyyatdan keçməyə məcbur olunurdular.

Bu qanunlar tənqid olunaraq Kremlin müxalif səsləri boğmaq səylərinin bir hissəsi adlandırılıb, lakin Rusiya qanun-mühafizə orqanları onları Qərbin ölkəyə xələl gətirmək səylərinə müvafiq cavad tədbiri olduğunu bildirir.

Polisin şənbə günü foruma basqınından bir neçə həftə öncə Rusiyanın müxalifət lideri Aleksey Navalnı da həbs olunub.
Rusiya Prezidenti Vladimir Putinin ən qətiyyətli siyasi rəqibi yanvarın 17-də arxasında Kremlin olduğunu iddia etdiyi zəhərlənmə hadisəsindən sonra beş ay boyunca müalicə aldığı Almaniyadan Moskvaya geri dönərkən hava limanında həbs edilib.

Hökumət sentyabra təyin olunan parlament seçkilərindən öncə müxalifətə qarşı təqibləri intensivləşdirib, çünki Kremlin dəstəklədiyi əsas Vahid Rusiya partiyasının dəstək azalıb.

XS
SM
MD
LG