Accessibility links

Moskva polisi təhlükəsizlik tədbirlərini gücləndirib


Moskva polisi təhlükəsizlik tədbirlərini gücləndirib
Moskva polisi təhlükəsizlik tədbirlərini gücləndirib

Moskva polisi ultramillətçilərlə Rusiyanın Qafqaz xalqlarının nümayəndələri arasındakı qarşıdurmadan sonra təhlükəsizlik tədbirlərini gücləndirib. Media xəbərlərində hər iki tərəfin də sabah paytaxtın ticarət mərkəzi qarşısında nümayiş keçirəcəyinə dair iddiaların araşdırıldığı bildirilir. Rəsmilərin bildirdiyinə görə, millətçilər sosial online şəbəkələrində etnik etirazçılara qarşı silahlı hücuma çağırır. Slavyan Həmkarlar Birliyi qrupunun lideri Dmitri Dyomuşkin Amerikanın səsinə bildirib ki, millətçilər provokasiyalara uymamalıdır. Ultramillətçi qrupun rəhbəri deyib ki, polis qafqazlılara Rusiya dövlətində rusların döyülməsi və ya öldürülməsinə yol verməyəcək.

XS
SM
MD
LG