Accessibility links

Moskva: "Rusiya mütəxəssisləri Venesuelada ehtiyac olduğu qədər qalacaqlar”


Moskva bildirib ki, Rusiya əsgərlərinin Venesuelada olması “regionda qüvvələr balansını dəyişmir” və “Vaşinqtondan fərqli olaraq heç kim üçün təhlükə təşkil etmir”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova martın 28-də deyib ki, "Rusiya mütəxəssisləri” Venesuelaya hərbi əməkdaşlıq çərçivəsində göndəriliblər və orada “buna ehtiyac olduğu qədər qalacaqlar”.

ABŞ prezidenti dünən deyib ki, Rusiya Venesueladan çıxmalıdır. Donald Trampın çağırışı Rusiyanın hərbi personelinin Venesuelaya getməsindən bir neçə gün sonra səslənib.

Dövlət başçısı Ağ Evdə Venesuelanın özünü prezident elan edən müxalifət lideri Huan Quaydonun xanımı Fabiana Rozales ilə birgə müxbirlərlə görüşüb.

Daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo rusiyalı həmkarlarına xəbərdarlıq edib ki, ABŞ Rusiyanın Venesuelada siyasi gərginlik yaratmasını kənardan tamaşa etməyəcək.

Dövlət Departamenti xəbər verir ki, Pompeo bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrova telefonla bildirib ki, Rusiyanın Maduro rejiminə hərbi dəstək göstərməsi böyük əksəriyyətlə müvəqqəti prezident Huan Quaydonu dəstəkləyən Venesuela xalqının iztirabının uzanmasına səbəb ola bilər.

Venesuela və Rusiya mətbuatı məlumat verib ki, iki Rusiya hərbi təyyarəsi bazar ertəsi Venesuelaya Rusiya müdafiə rəsmiləri və təxminən 100 hərbi qüvvə və avadanlığı apardıqdan sonra Moskvaya dönüb.

Dövlət katibi Rusiyanı qeyri-konstruktiv rəftarını dayandırmağa və Venesuela xalqının daha firavan gələcəyini fikirləşən əksər qərb yarımkürəsi ölkələrinə qoşulmağa çağırıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG