Accessibility links

Moskva yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı istintaq davam edir [Video]


Moskva yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı istintaq davam edir
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Rusiya rəsmiləri bazar günü Moskva yaxınlığında baş verən təyyarə qəzasının səbəblərini araşdırır. Təyyarədə olan 71 nəfərin hamısının öldüyü güman edilir. AN-148 təyyarəsinin parçaları Moskvanın Domodedovo hava limanından 40 kilometr uzaqlıqda Stepanosvskoye kəndi yaxınlığında tapılıb. Müstəntiqlər dağıntılar arasında təyyarənin qəzaya uğramasının səbəbi açıqlayacaq dəlillər axtarırlar.

Qəzanın səbəbi ilə bağlı bütün suallar müstəntiqlər heyəti və beynəlxalq Sivil Aviasiya Komitəsi tərəfindən araşdırılır. Ona görə də, hər hansı bir nəticəyə gəlmək üçün hələ çox tezdir.
Maksim Sokolov

Rusiyalı müstəntiqlər deyir ki, bazar günü Moskva yaxınlığına qəzaya uğrayan təyyarənin ekipaj üzvləri qəzadan öncə heç bir texniki problemin olduğu ilə bağlı xəbərdarlıq etməyib.

Nəqliyyat naziri Maksim Sokolov qəzaya nəyin səbəb olduğunu demək üçün daha çox erkən olduğunu söyləyib.

“Qəzanın səbəbi ilə bağlı bütün suallar müstəntiqlər heyəti və beynəlxalq Sivil Aviasiya Komitəsi tərəfindən araşdırılır. Ona görə də, hər hansı bir nəticəyə gəlmək üçün hələ çox tezdir. Mütəxəssislər artıq işləməyə başlayıb. İndi onlar təyyarənin qalıqlarını toplayır və qara qutuları axtarır. Biz qəzanın səbəbləri ilə bağlı onların istinaqının cavablarını alandan sonra məlumat verə biləcəyik,” deyə o bildirib.

Saratov Hava Yolarına məxsus təyyarə Domodedovo hava limanında yerli vaxtla gündüz saat 2:48-də havaya qalxıb və bir neçə dəqiqə sonra onlar ilə radio əlaqəsi kəsilib, daha sonra isə təyyarə radardan da yoxa çıxıb.

Yerli sakinlər bərk partlayış səsi eşitdiklərini deyir.

“Biz ilk öncə yerli enerji stansiyasına zəng etdik. Biz stansiyanın partladığını düşündük. Lakin daha sonra onlar bizə zəng edib, təyyarənin qəzaya uğradığını dedi. Daha dəqiq desək, onlar ilk öncə vertolyot qəzası olduğunu düşünürdü. Lakin sonra təyyarə olduğunu təsdiq etdilər,” deyə yerli sakin bildirir.

Moskvadan Orska uçan 730 nömrəli reysdə 65 sərnişin, 6 ekipaj üzvü olub. Nəqliyyat naziri qurbanların ailələrinə yardım etmək məqsədilə Orenburq regionuna psixoloq və sığorta agentlərinin göndərildiyini bildirib. O deyib ki, federal qanunlara əsasən, ailələrə 35 min dollar sığorta pulu ödəniləcək, lakin yerli hökümətlər bu məbləği artıra da bilər.

Son illərdə Rusiyada bir neçə aviaqəza baş verib. Bunlara 2016-cı ilin dekabr ayında Qırmızı Ordu xorunu daşıyan hərbi təyyarə daxildir. Həmin təyyarə Soçidən havaya qalxandan sonra qəzaya uğrayıb, nəticədə 92 nəfər ölüb. Qəzaya görə pilot günahladırılıb. Rusiya tarixində ən dəhşətli avia fəlakət isə 2015-ci ilin oktyabr ayında Misirdəki kurort zonasından Sankt Peterburqa turist daşıyan təyyarənin qəzaya uğraması olub. 224 nəfərin ölümü ilə nəticələn bu qəzanın məsuliyyətini İŞİD üzərinə götürüb.

XS
SM
MD
LG