Accessibility links

Moskva Tramp-Putin sammitinin keçirilməsinə açıq olduğunu bildirir


Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Finlandiya paytaxtı Helsinkidə görüş keçirir, 16 iyul, 2018.
Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Finlandiya paytaxtı Helsinkidə görüş keçirir, 16 iyul, 2018.

Rusiyanın yüksək səviyyəli diplomatı Moskvanın Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında zirvə görüşünün keçirilməsi məsələsinə açıq olduğunu deyib.

İnterfaks xəbər agentliyi Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun iki dünya lideri arasında belə bir görüşün keçirilməsinin önəmli olduğunu dediyi haqda məlumat verib.

ABŞ və Rusiya liderləri bir neçə həftə bundan əvvəl Argentinada Böyük 20-lərin sammiti çərçivəsində danışıqlar aparmalı idi. Lakin Tramp Rusiya və Ukrayna arasında Qara dənizdə qarşıdurma ilə əlaqədar olaraq qəflətən görüşü təxirə salmışdı.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Buenos Ayresdə G-20 sammimtində, 30 noyabr, 2018.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Buenos Ayresdə G-20 sammimtində, 30 noyabr, 2018.

Sergey Ryabkov xəbərdarlıq edib ki, ikitərəfli münasibətlərin bərpasında Rusiyanın Vaşinqtondan daha çox marağı olduğunu düşünmək “dərin səhv olardı”.

Rusiya-ABŞ münasibətləri Soyuq Müharibə dövründən sonra ən aşağı səviyyədədir. Bunun səbəbi Rusiyanın Ukraynaya müdaxiləsi, Suriyada müharibə və Moskvanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlıdır.

XS
SM
MD
LG