Accessibility links

Moskva Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi danışıqlarında vasitəçilik etməyi təklif edib


Moskva Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi danışıqlarında vasitəçilik etməyi təklif edib.

Ermənistan ötən həftə Azərbaycanı sərhədə qoşun yeritməkdə günahlandırmışdı. Bu vəziyyət ötən il etnik ermənilər və azərbaycanlılar arasında qarşıdurmaların altı həftə dayandırılmasına səbəb olan atəşkəsin nə qədər həssas olduğunu ortaya qoyub.

Azərbaycan qüvvələrinin sərhədi keçməyə çalışdığı iddiasını rədd edərək, əsgərlərinin yalnız öz tərəfini qoruduğunu bildirib.

Ermənistan isə cümə günü verdiyi açıqlamada Azərbaycanı qoşunları geri çəkmək və sərhədi keçmək vədinə əməl etməməkdə günahlandırıb.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Tacikistanın paytaxtı Düşənbədə verdiyi açıqlamada Rusiyanın sərhədlərin yenidən delimitasiyası və demarkasiyasında kömək təklif etdiyini deyib. O, Moskvanın ya məsləhətçi, ya da vasitəçi olaraq iştirak etdiyi ortaq bir Ermənistan-Azərbaycan komissiyasının yaradılmasını təklif edib.

TASS xəbər agentliyinin verdiyi məlumata əsasən, Ermənistan hökumətinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi səyləri Azərbaycan əsgərləri Ermənistan ərazisindən çəkilmədən başlaya bilməz.

Lakin İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi çərşənbə günü verdiyi açıqlamada Ermənistan və Azərbaycan müdafiə rəsmiləri arasında danışıqların artıq davam etdiyini bildirib.

Nazirliyin verdiyi açıqlamada "Ağlabatan bir müddətdə sülh yolu ilə həll edilməməsi halında Azərbaycan ordusu heç bir ilkin şərt irəli sürmədən əvvəlki vəziyyətinə qayıtmazsa, Ermənistanın problemi başqa vasitələrlə həll etmək hüququ vardır" - deyə, bildirilib.

Moskva noyabr ayında Azərbaycan qüvvələrinin hərbi əməliyyatları zamanı 1990-cı illərdən bəri Dağlıq Qarabağ bölgəsi və ətrafındakı ərazilərə nəzarət edən erməni qüvvələrinin çıxarılmasından sonra atəşkəsin təmin olunmasına yardım edib.

Ermənistanda hərbi bazası olan Rusiya atəşkəs rejiminə əməl olunmasına kömək məqsədilə bölgəyə sülhməramlı qüvvələr yerləşdirib. Ermənistanla güclü əlaqələrə və qarşılıqlı müdafiə müqaviləsinə sahib olan Rusiya və Azərbaycanla dostluq münasibətlərinə malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG