Accessibility links

Moskvada 17 etirazçı həbs olunub


Moskvada cümə günü Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş qərargahı önündə rusiyalı jurnalistə qarşı irəli sürülən cinayət ittihamlarına etiraz edən azı 17 nəfər, o cümlədən jurnalistlər həbs olunub.

Pskovda ittihamçılar 2018-ci ildə FSB-nin Arxangelskdəki şöbəsi önündə baş verən partlayış barədə məqalə yazan Svetlana Prokopyeva üçün altı illik həbs cəzası istəyib.

“Bu gün insanlar burada ona görə toplaşıblar ki, ittihamçılar bir məqaləyə görə ona altı illik həbs tələb edir” – deyə, jurnalist İrina Dolinina deyib. “Amma onlar fikirlərini ifadə edə bilmirlər, çünki onlar heç plakatlarını belə çıxarmadan saxlanılıb, polis maşınına aparılırlar,” o əlavə edib.

Etirazçılar Prokovyevanın işindən sonra ölkədə daha çox repressiyasının olacağına dair narahatlıqlarını ifadə edib, çünki insanlar koornavirus məhdudiyyətləri səbəbilə sərbəst çəkildə etiraz edə bilmirlər.

“ Bundan sonra cəmiyyət çürüyəcək və insanlar qəzəblərini ifadə etməyə başlamayanadək repressiyalar güclənəcək,” Moskva sakini Aleksandr Matskeçiv bildirir. “ Mən repressiyaların nə qədər davam edə biləcəyini bildirəm. Qarşımızda Şimali Koreya nümunəsi var. Mən heç kəsin burada eyni vəziyyətin olmasını istədiyini düşünmürəm”, o əlavə edib.

Rusiya hüquq-mühafizə orqanları Arxangelskə hücumu keçirənin 17 yaşlı bir oğlan olduğunu müəyyən edib və işi terror aktı kimi dəyərləndirib.

Prokopyeva isə məqaləsində hücumçunun məqsənin Rusiyadakı siyasi mühitlə əlaqəli olduğunu yazmışdı.

Məqalə dərc olunandan sonra rəsmilər Prokopyevanı terrora ictimai şəkildə haqq qazandırmaqda ittiham edib.

Məhkəmənin yekun hökmü bazar ertəsi verəcəyi gözlənilir.

XS
SM
MD
LG