Accessibility links

Moskvada 8 nəfər ilkin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib


Rusiyanın TASS dövlət xəbər agentliyinin adlarının açıqlanmadığı tibb işçilərinə əsasən verdiyi məlumata görə, hamısı Çindən olduğu güman edilən səkkiz nəfər ilkin koronavirus diaqnozu ilə Moskvada xəstəxanaya yerləşdirilib.

TASS-ın məlumatına əsasən, koronavirusa yoluxduqlarından şübhələnilən səkkiz nəfərdə yüksək temperatur qeydə alınıb.

Həmin şəxslər bir neçə gün əvvəl Moskvaya gələn 20-dən çox xarici vətəndaşdan ibarət bir qrupun tərkibində olub. Onların Moskvanın şimal-qərb hissəsindəki bir oteldə qaldığı bildirilib.

Bu, Rusiyada ilk koronavirus halı kimi qeydə alına bilər.

Koronavirusa yoluxma halları ABŞ, Avstraliya, Kanada, Fransa, Filippin, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland və Vyetnamda qeydə alınıb.

Virusa yoluxma nəticəsində ən azı 56 nəfər ölüb. Ölüm hallarının hamısı Çində baş verib.

Çində təxminən 2000 nəfərin ölümlə nəticələ bilən xəstəliyə yoluxduğu bildirilir.

XS
SM
MD
LG