Accessibility links

ABŞ prezidenti II Dünya Müharibəsinin ildönümündə Rusiyanın töhfələrini qeyd edib


ABŞ prezidenti II Dünya Müharibəsinin ildönümündə Rusiyanın töhfələrini qeyd edib
ABŞ prezidenti II Dünya Müharibəsinin ildönümündə Rusiyanın töhfələrini qeyd edib

Cənab Obama Rusiya Prezidenti Dmitri Medvedevin əlahiddə liderlik nümayiş etdirdiyini vurğulayaraq onun Sovet dönəmində fundamental azadlıqların boğulması haqda açıq danışmasını alqışlayıb

ABŞ Prezidenti Barak Obama İkinci Dünya Müharibəsində müttəfiqlərinin qələbəsinin 65-ci ildönümü münasibətilə verdiyi bəyanatda qələbəni bəşər tarixinn ən mühüm hadisələrindən biri kimi dəyərləndirib. ABŞ lideri bəyanatında ildönümünü nəhəng paradla qeyd edən Rusiyaya xüsusi diqqət yetirib. Sabah Moskvanın Qırmızı Meydanında düzənlənəcək paradda rus əsgərləri ilə yanaşı ABŞ, Britaniya, Fransa və Polşa əsgərləri addımlayacaqlar. Cənab Obama Rusiya Prezidenti Dmitri Medvedevin əlahiddə liderlik nümayiş etdirdiyini vurğulayaraq onun Sovet dönəmində fundamental azadlıqların boğulması haqda açıq danışmasını alqışlayıb. Prezident Obama deyib ki, Rusiya liderinin sözləri bütün millətlərə xatırladır ki, fundamental insan hüquqlarını qorumaq üçün hamı birlikdə səy göstərməlidir.

XS
SM
MD
LG