Moskvada koronavirusun yayılmasının qarşısını almaq üçün şəhər meri Sergey Sobyanin yeni qadağaların tətbiqinə dair sərəncam imzalayıb. O, şəxsi bloqunda bu haqda məlumatı paylaşıb.
“Koronavirus infeksiyasının yayılması ilə vəziyyət daha da mürəkkəbləşir. İtaliya, Almaniyada və digər Avropa qonşularımızda hadisələrin necə inkişaf etdiyini görürük.
Bu baxımdan insan sağlamlığının qorunması üçün əlavə məhdudlaşdırıcı tədbirlər tələb olunur.
Bu gün mən 5 mindən çox insanın iştirakı ilə Moskvada kütləvi tədbirlərin keçirilməsini qadağan edən bir sərəncam imzaladım. Təəssüf ki, "Krım baharı" festivalı, o cümlədən Krımın ilhaqının ildönümü ilə əlaqədar martın 15-də Tverskaya küçəsində planlaşdırılan bayram şənliyi də ləğv edilməli olacaq. Xokkey və futbol matçları da daxil olmaqla, idman tədbirlərində iştirakçıların sayı 5000 nəfərdən çox olmayaraq məhdudlaşdırılacaq.
Kütləvi tədbirlər keçirmək qadağası müvəqqətidir və aprelin 10-dək qüvvədədir” - deyə, sərəncamda bildirilir.