Accessibility links

Moskvada atışma - ölənlər var


Interfaks xəbər agentliyinin verdiyi məlumata görə, dekabrın 19-da axşam saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş qərargahının yaxınlığında atışma baş verib.

Hücumçunun zərərsizləşdirildiyi, ən az bir təhlükəsizlik işçisinin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib. Hadisə zamanı şahidlərin çəkdiyi videogörüntülərdə insanların vahimə içərisində qaçdığı görünür.

Silahlı hücumla bağlı daha çox məlumat ortaya çıxır. Hadisənin şahidləri dəhşətlərindən danışıb. Bu şahid deyib ki, Rusiya xüsusi təyinatlı qüvvələrinin böyük atışma və partlayışa qoşulduğu zaman insanların qaçdığını görüb.

Bu digər şahid deyib ki, hücum zamanı baryerlərin arxasında həmkarlarından uzaq düşən yaralı polis məmurunun yerdə uzandığını görüb.

Cümə günü səhər matəmçilər, ölümcül atışma qurbanının xatirəsini yad edərək hadisə yerinə gül dəstələri qoyub.

Səlahiyyətlilər hələ də təcavüzkarın adını və ya hücumun motivini açıqlamayıb. Ancaq onun anası ilə birlikdə Moskva şəhərinin Podolsk vilayətində sovet dövründən qalma köhnə binada yaşadığı güman edilir. Rusiya mətbuatında şübhəlinin Yevgeni Manyurov adında 39 yaşlı keçmiş özəl mühafizəçisi olduğu haqda fikirlər yayılıb. Yevgeninin qonşuları onu sakit bir silah həvəskarı kimi təsvir edib. Lakin o, belə davranışla bağlı bir əlamət göstərməyib. Qonşular deyib ki, FSB cümə səhərinin erkən saatlarında onun evinə basqın edib.

XS
SM
MD
LG