Accessibility links

Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətinin rəhbərləri görüşüb


Moskvada Azərbaycan və Ermənistan təhlükəizlik xidmətinin rəhbərləri görüşüb
Moskvada Azərbaycan və Ermənistan təhlükəizlik xidmətinin rəhbərləri görüşüb

Dekabrın 30-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, görüşdə Rusiya və Azərbaycan prezidentləri, Ermənistan baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi qeyd edilib.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən bildirir ki, görüşdə əsirlərin qaytarılması və itkinlərin axtarışı kimi bir sıra təcili məsələlər müzakirə edilib. Həmçinin tərəflər bir sıra sahələrdə iş aparmaq üçün razılığa gəliblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

2021-ci ilin yanvarında Ağdam şəhərində Türkiyə-Rusiya Monitorinq Mərkəziinin fəaliyyətə başlayacağı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi döyüşlər zamanaı 2783 hərbçinin həlak olduğunu bildirib. Ermənistan rəsmi mənbələri həlak olmuş üç mindən çox hərbçinin şəxsiyyətinin müəyyən edildiyini bildirib. Noyabrın 13-dən başlayaraq döyüş bölgəsindən 1 133 nəfər erməni hərbçisinin cəsədinin yığıldığı deyilir.

Tərəflər həmçinin hərbi əsirlərin dəyişdirilməsini davam etdirir. Bu günədək Azərbaycan 50-dən çox hərbi əsir və mülki şəxsi Eermənistana qaytarıb. Ermənistan isə 14 hərbi əsiri və iki mülki şəxsi Azərbaycana qaytarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG