Accessibility links

Moskvada jurnalistə dəstək məqsədilə keçirilən yürüşdə 400-dən çox nümayişçi həbs edilib


Moskva mərkəzində 12 iyun tarixində Meduza xəbər saytının müxbiri İvan Qolunova dəstək məqsədilə planlaşdırılmış yürüş keçirilib. Rusiya polisinin yürüş zamanı 400-dən çox insanı saxladığı bildirilir. Moskva şəhər rəhbərliyi yürüşün nəzərdə tutulmuş yerdə keçirilməsinə icazə verməyib və nəticədə yürüş zamanı həbslər həyata keçirilib.

Daha öncə Moskva meriyası vətəndaşlara “provokasiyaların təsirinə məruz qalmamağı və sanksiyalaşdırılmamış tədbirdə iştirak etməmələri” üçün müraciət yaymışdı.

Əsas həbslər Tverskoy və Strastnoy bulvarlarında olub. Polislər nümayişçilərdən İvan Qolunov yazısı olan köynəkləri çıxarmaları xahiş edib. Daha sonra isə polis iştirakçılar arasında təsadüfən seçilən insanları nümayişçilər arasından çıxararaq, həbs etməyə başlayıb.

Xəbər agentliklərinin məlumatına görə, Çistıye Prudı meydanında 200-dən çox nümayişçi saxlanılıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumatda aksiyada 1200 nəfər iştirak etdiyi bildirilir.

Araşdırmaçı-jurnalist İvan Qolunov 6 iyun tarixində Moskvada saxlanılıb. O, narkotik maddələrin yayılmasında ittiham edilirdi. Daha sonra isə ona olan qərar, ev həbsi ilə əvəz edildi. Etirazlar dalğasından sonra Qolunova qarşı irəli sürülən ittihamlar sübut edilmədiyi deyilərək, qərar ləğv edildi və jurnalist azadlığa buraxıldı.

XS
SM
MD
LG