Accessibility links

Moskvada koronavirus məhdudiyyətləri aradan qaldırılıb


Rusiya paytaxtında iki aydan çox davam edən karantindən sonra bu həftə həyat canlanıb. Şəhər rəsmiləri Moskvanın 12 milyon sakininin evdə qalması və bizneslərin bağlanmaları ilə bağlı məhdudiyyətləri qaldırıb.

Moskva meri Sergey Sobyanın bu qərarı bazar ertəsi açıqlayıb və şəhərin virusa qarşı böyük irəliləyişlər əldə etdiyini və pandemiyanın son bir neçə həftədir “yavaş-yavaş, amma davamlı şəkildə azaldığını” bildirib.

“Mübarizə hələ bitməyib. Amma buna baxmayaraq, mən sizi bizim bu qələbəmiz və normal həyata doğru atdığımız böyük addım münasibətilə təbrik etmək istəyirəm,” Sobyanin əlavə edib.

Moskvada gündəlik yoluxma halları virusun may ayında zirvə həddinə çatdığından bəri iki dəfə azalıb. Hökümətin koronavirus üzrə işçi qrupu çərşənbə günü 1195 yeni yoluxma halının qeydə alındığını bildirib.

Lakin paytaxt hələ də pandemiyanın ölkədəki episentri olaraq qalır. Belə ki, Rusiyada qeydə alınan 493 min yoluxma halının 40 faizi Moskvanın payına düşür.

Rusiya COVID-19 infeksiyaların sayına görə Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Epidemiya ilə bağlı qeyri-müəyyənliklər fonunda paytaxtda məhdudiyyətləri qaldırmaq qərarının arxasında elmin deyil, Kremlin apardığı siyasətin dayandığına dair düşüncələr də mövcuddur.

Məhdudiyyətlərin aradan qaldırılması prezident Vladimir Putinin bu yaz koronavirus səbəbilə təxirə salınan mühim siyasi tədibrəri həyata keçirmək planlarını açıqladığı vaxta təsadüf edib.

Ötən ay Qızıl Meydanda Sovet İttifaqının İkinci Dünya Müharibəsində Nasis Almaniyası üzərində qələbəsinin 75-ci ildönümünü qeyd etmək məqsədilə keçirilməsi planlaşdırılan hərbi parad virusla bağlı narahatlıqlar səbəbilə iyunun 24-nə təyin edilib.

Bundan əlavə ümummilli konstitusiya referendumu da iyulun 1-dək təxirə salınıb.

Tənqidçilər yaya planlaşdırılan tədbirləri nəzərə aldıqda ictimai sağlamlıqla bağlı qərarlara siyasi ambisiyaların səbəb olduğunu iddia edir.

Rusiyanın müstəqil mediası mer Sobyaninin şəhəri vaxtından əvvəl açmaq üçün Kreml tərəfindən təzyiqə məruz qaldığını bildirir. Kremlin sözçücü Dmitri Peskov isə bu iddilaları çərşənbə axşamı keçirilən birifinq zamanı rədd edib.

XS
SM
MD
LG