Moskvada müstəqil namizədlərin seçkilərə buraxılması tələbi ilə mitinq keçirilir. Aksiyanın təşəbbüskarı Rusiya müxalifət lideri Aleksey Navalnıdır.
Mindən çox aksiya iştirakçısı paytaxtın Puşkin meydanında toplaşaraq, müxalif namizədlərin sentyabrın 8-də Moskva şəhər Dumasına seçkilərdə iştirak edə bilməsi üçün onların adlarının seçki bülletenlərinə salınmasını tələb edib.
Bundan sonra aksiya iştirakçıları Moskva meriyasının binasının qarşısına yollanıblar. Müxalifətçilər Lyubov Sobol və İlya Yaşin kütlənin önündə gediblər.
Moskva şəhər seçki komissiyası bundan öncə namizədliyini irəli sürmüş müstəqil namizədlərin 43-cü seçki dairəsində qeydiyyatdan keçməsinə icazə verməyib. Korrupsiya ilə mübarizə Fondunun hüquqşünası Lyubov Soboleva bildirib ki, mərkəzi seçki komissiyası onun xeyrinə toplanmış imzaların 15 faizini etibarsız sayıb.
Moskva bələdiyyəsi mitinqi “qeyri-qanuni” adlandıraraq, aksiyanın dayandırılmasını tələb edib.
Aksiya iştirakçıları “Burada hakimiyyət bizik”, “Putin oğrudur” və “Putin istefa” kimi şüarlar bağırıblar.
Seçkilərə qədər 43-cü parlamentdə üç partiya - KPRF, LDRP və “Spravedlivaya Rossiya” partiyalarının namizədləri qeydiyyatdan keçirilib. Onların imza toplaması tələb olunmur.