Accessibility links

Moskvada pensiya islahatına qarşı mitinqin təşkilatçıları həbs edilib


Moskvada pensiya islahatına qarşı mitinqin təşkilatçıları həbs edilib.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti iyulun 29-da “İnterfaks” agentliyi və Dojd tele-kanalına istinadla xəbər verir.

Libertarian partiyasının rəhbəri Sergey Boyko və Aleksey Navalnının Moskva qərargahının koordinatoru Oleq Stepanov da saxlanılanlar arasındadır.

Mitinqin aparıcısı Mixail Çiçkov da saxlanıb.

Bundan əvvəl Moskvanın Akademik Saxarov prospektində pensiya yaşının qaldırılmasına etiraz olaraq, şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqin keçirildiyi bildirilirdi.

Rəsmi məlumata görə mitinqdə 2500-dək adam iştirak edib.

Bunu İnterfaks agentlyinə Moskva baş polis idarəsinin mətbuat xidmətindən bildiriblər.

Amma Ağ sayğac-ın məlumatına görə, mitinqdə 6 mindən çox adam iştirak edib.

İnterfaks agentlyinin məlumatına görə, mitinqdə Rusiyanın Libertarian, YablokoDemokratik seçim (Demokratiçeskiy vıbor) partiyaları, Açıq Rusiya, feminist və anarxist hərəkatlarının nümayəndələri, habelə müxalifət fəalı Aleksey Navalnının tərəfdarları iştirak ediblər.

Pensiya yaşının qaldırılmasına etiraz edən aksiyaçılar, hökumətin istefasını və hakimiyyətin dəyişməsini tələb ediblər.

Aksiyada həmkarlar ittifaqlarının nümayəndələri, fəallar və şəhər deputatları çıxış ediblər.

Dojd televiziya kanalının məlumatına görə, aksiyaçılar pensiya yaşının qaldırılması ilə yanaşı, əlavə dəyər vergisi, benzinin qiyməti və internetdən alınan mallara gömrük rüsumlarının qaldırılmasına da etiraz bildiriblər.


AzadlıqRadiosu

XS
SM
MD
LG