Accessibility links

Moskvada Vladimir Putin əleyhinə nümayiş keçirilib


Minlərlə rus Moskva küçələrində bir-birinə zidd iki aksiya keçiriblər. Puşkin meydanına toplaşmış minlərlə adam Vladimir Putinin yenidən prezident seçilməsinə etiraz edib. Başqa qrup prezident seçilmiş baş nazirə dəstəyini ifadə edib.

Bu gün Moskvanın Puşkin meydanında keçirilən nümayişdə heç kəs həbs olunmayıb. Müxalifətçilərə qabaqcadan burada nümayiş keçirməyə icazə verilib. Amma polis başqa yerdə icazəsiz piket keçirməyə çalışan Milli Bolşevik Partiyasının lideri Eduard Limonovu saxlayıb. Yüzə yaxın nümayişçi Sankt–Peterburqda saxlanılıb.

ATƏT-in açıqladığı bəyanatda Rusiya seçkiləri tənqid olunur. Sənəddə deyilir ki, Rusiyada həqiqi rəqabət mühiti mövcud olmayıb, və inzibati resurların Vladimir Putin uğrunda səfərbər edilməsi nəticəsində əvvəlcədən qalibin kimliyi bəlli olub. Sərt məhdudiyyətlər üzündən seçicilərə təklif olunan namizədlərin sayı məhdud olub.

Avropa liderləri müəyyən tərəddüdlə Putinin qələbəsini qəbul ediblər. Avropa İttifaqının xarici əlaqələr üzrə rəhbəri Katerin Aşton Rusiya rəhbərliyini beynəlxalq müşahidəçilərin müəyyən etdikləri çatışmazlıqları aradan qaldırmağa çağırıb.

XS
SM
MD
LG