Accessibility links

Moskvada taksi insanların üzərinə sürülüb


Bu gün Moskvanın Qırmızı Meydanı yaxınlığında taksi izdihamın üzərinə sürülüb. Nəticədə yeddi nəfər yaralanıb. Rusiya rəsmiləri və şahidlərin sözlərinə görı, onlar arasında Dünya Kubokunu izləmək üçün şəhərdə olan Meksika vətəndaşları da var.

Moskvanın nəqliyyat idarəsi bildirib ki, taksi sürücüsünün üzərində Qırğızıstana aid sürücülük vəsiqəsi olub. Rəsmilərin bildirdiyinə görə, sürücü maşını insanların üzərinə qəsdən sürmədiyini deyib.

Polis insident zamanı yeddi nəfərin xəsarət aldığını bildirib.

Hadisəyə şahid olan bir insan Reuters xəbər agentliyinə bildirib ki, yaralanan insanların bəzilərinin üzərində Meksika futbol komandasanın rənglərini əks etdirən geiymlər olub. Meksika Dünya Kuboku çərçivəsində ilk oyununu bazar günü Moskvanın Lujinski stadionunda Almaniyaya qarşı oyanayacaq. Bu səbəblə Rusiya paytaxtına minlərlə meksikalı azarkeş gəlib.

Bir digər şahid taksinin sürücüsü ilə bağlı : “Onu maşından çıxardılar, o qaçdı, amma yaxınlıqdakı insanlar onu dayandırdı. O “bunu mən etmədim,” deyə bağırırdı,”deyib.

Sürücünün sərxoş olub-olmadığı ilə bağlı suala o, “xeyr, o sərxoş deyildi,” söyləyib.

Interfaks xəbər agentliyi isə bir mənbəyə istinadən sürücünün hadisə anında sərxoş olduğunu deyib. Interfaksın istinad etdiyi tibbi mənbə xəstəxanaya yerləşdirilən heç bir insanın vəziyyətinin kritik olmadığını bildirib.

Rusiya rəsmiləri iyul ayının 15-ə dək 11 şəhərdə keçiriləcək Dünya Kubokunu təhlükəsiz şəraitdə keçirəcəklərini vəd edib.

Rəsmilər Moskvanın mərkəzində piyadaların gəzdiyi yerləri bağlamaq üçün ağır beton parçalar yerləşdirib.

ABŞ Dövlət Departamenti cümə günü Rusiyaya səfər əleyhinə xəbərdarlıq edərək, terror qruplarının orada hücum təşkil etdiklərini deyib.

XS
SM
MD
LG