Accessibility links

Rusiyada səsvermə virusa yoluxma hallarını artıra bilər


Moskvadakı bir seçki dairəsi komissiyasının üzvü deyir ki, dairə sədrinin koronavirus testinin müsbət çıxmasına baxmayaraq, seçki günü işləməyə davam edib.

Moskvanın Severnoye Tushino rayonu üzrə kimliyi gizli saxlanılan komissiya üzvü iyulun 2-də Dojd telekanalına bildirib ki, müsbət test nəticələri iyulun 1-də gələndə səsvermə məntəqəsi bağlanmayıb və bütün gün işləməyə davam edib.

Şəxsin sözlərinə görə, ilkin səsvermə iyunun 25-də başlasa da, bütün seçki komissiyasının üzvləri 27-28 iyun tarixlərində koronavirus testlərindən keçiblər.

Mənbə bildirir ki, iyulun 1-də komissiyanın sədri testin nəticələrini əldə edib, lakin səsvermə məntəqəsi bağlanana qədər işləyib və komissiyanın digər üzvləri də seçicilərlə təmasda olub.

Yekun protokola görə, məntəqədə 1310 nəfər səs verib. Səs verənlərin 300-dən çoxu iyulun 1-də səs verib. Lakin onların nə qədərinin uzaqdan səs verdiyi məlum deyil.

Rusiya müxalifəti və bir çox səhiyyə mütəxəssisi ölkənin pandemiya ilə mübarizə apardığı bir dövürdə səsvermənin keçirilməsinin təhlükəli olması ilə bağlı xəbərdarlıq etmişdi.

Rusiya boyu yüzlərlə seçki komissiyasının rəsmisi işçilərin və seçicilərin səhhətindən narahat olduğu üçün səsvermə günü işləməkdən imtina edib.

Rusiya Həkimlər İttifaqı hərəkatının lideri Anastasiya Vasilyeva iyulun 2-də Current Time-a bildirib ki, səsvermənin keçirilməsi virusun ölkə daxilində yayılmasını daha da artırıb.

O, koronavirus xəstələri ilə işləyən tibb işçilərinin də məcburi formada səsvermədə iştirak etmələrinin sağlamlıq və sanitariya tövsiyələrinə zidd olduğunu bildirib.

Rusiyada son rəsmi məlumatlar göstərir ki, ölkədə koronavirusa 667 883 yoluxma, 9 859 halı ölüm qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG