Accessibility links

Koalisiya qüvvələrinin Mosulda hava hücumları ilə bağlı təhqiqat aparılır


ABŞ-ın başçılığı ilə İraqda İslam Dövləti qrupuna qarşı mübarizə aparan koalisiya qüvvələri bəzi məlumatlara görə, Mosulun Cidideh məhəlləsində 100-dən çox mülki vətəndaşın ölümülə nəticələnmiş hava hücumları ilə bağlı təhqiqat aparır.

Koalisiya qüvvələrinin verdiyi bəyanatda "mülki əhali arasında ölüm halları ilə bağlı rəsmi yoxlamanın başlanıldığı" deyilir. Bəyanatda həmçinin bildirilir ki, koalisiya həmin rayonda İŞİD-in hədəflərinə qarşı müntəzəm olaraq hücumlar keçirir və koalisiya qüvvələri mülki əhaliyə zərər riskinin azaldılması üçün hava hücumlarının planlaşdırılması və həyata keçirilməsi zamanı bütün lazmıi ölçüləri götürür.

ABŞ-ın Mərkəzi komandanlığının nümayəndəsi polkovnik Con Tomas New York Times qəzetinə bildirib ki, hərbçilər Mosulun qərbində partlayışa Amerika, ya da koalisiya qüvvələrinin hava hücumlarının və ya İŞİD tərəfindən yerləşdirilmiş bombanın səbəb olduğunu bilmir. Lakin İraq ordusunun zabiti hadisənin necə baş verdiyi ilə bağlı məlumatı olduğunu deyib.

İraqın xüsusi təyinatlı qüvvələrinin komandiri, general mayor Maan Əl-Saadi New York Times qəzetinə bildirib ki, hava hücumlarının əsas məqsədi Mosulun Cidideh məhəlləsindəki üç evin damında İŞİD-in snayperləri hədəf almaq olub. Generalın bildirdiyinə görə, onun hərbi qüvvələrinin evlərin zirzimilərində mülki əhalinin olduğu haqda məlumatı olmayıb.

Yerli əhali, humanitar yardım qrupları və vəziyyəti monitorinq edən rəsmilər İŞİD-ə qarşı hərbi hava və artilleriya hücumları gücləndikcə mülki əhali arasında mümkün itkilərin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG