Accessibility links

Mosulda İŞİD üzərində qələbədən sonra ilk dəfədir Milad bayramı qeyd edilir


Mosulun Müqəddəs Pavel kilsəsində Milad münasibətilə dua mərasimi, 24 dekabr 2017
Mosulun Müqəddəs Pavel kilsəsində Milad münasibətilə dua mərasimi, 24 dekabr 2017

İraq xristianları İŞİD-in üç il əvvəl İraq və Suriya ərazilərinin böyük hissəsini ələ keçirdikdən sonra ilk dəfədir ki, militantların bir zamanlar istinadgahı olan Mosulda Milad bayramını qeyd edirlər. Dindarlar və müsəlman fəallar bayram mövsümünün şəhərin həyatına xoş ovqat qatacağına ümid etdiklərini deyir.

İŞİD militantlarının şəhərə nəzarət etdiyi zaman Mosuldakı kilsə həbsxanaya çevrilmişdi.

Bu gün isə dindarlar ilk dəfədir kilsəyə toplaşaraq, Milad bayramını qeyd edir. İŞİD Mosulu 2014-cü ildə ələ keçirdiyi zaman şəhərin təxminən 200 min nəfərdən ibarət xristian əhalisini şəhəri tərk etməyə məcbur etmişdi.

Mosulun azad edilməsi uğrunda döyüşlərin getdiyi zaman bir milyondan çox insan şəhəri tərk etmişdi
Mosulun azad edilməsi uğrunda döyüşlərin getdiyi zaman bir milyondan çox insan şəhəri tərk etmişdi

Son 9 ay ərzində İraq və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Mosulun azad edilməsi uğrunda əməliyyatları zamanı isə bir milyondan çox müsəlman sakin şəhəri tərk edib.

Kilsəyə toplaşmış dindarlar Mosulda təhlükəsizliklə bağlı vəziyyətin düzəlməsindən sonra şəhərə qayıda biləcəklərinə ümid edir. Hələlik şəhərə təqribən 10 xristian ailə qayıdıb.

Kilsədə ibadətə bu gün həm xristianlar, həm də müsəlmanlar qatılıb. Onlar Mosulda bir zaman mövcud dəyişikliyin bərpa ediləcəyinə ümid bəsləyir.


XS
SM
MD
LG