Accessibility links

Mosul uğrunda döyüş soyuq hava səbəbilə zəifləyir [Video]


Mosul uğrunda döyüş soyuq hava səbəbilə zəifləyir
please wait

No media source currently available

0:00 0:01:51 0:00

İraq qüvvələri Mosula şərq tərəfdən daha da yaxınlaşdığı bir vaxt, şəhərin qərb hissəsi və Suriya arasında yerləşən səhrada döyüşlər davam edir. İraq qüvvələri İŞİD militantlarının müdafiə əməliyyatlarına başşlayacağı mühüm Tal Afar şəhərinə yaxınlaşır. Lakin Haşd Şaabi və ya Xalq Səfərbərlik Qüvvələri kimi tanınan şiə yarı-hərbi qüvvələri bidirir ki, qış gəldikcə əməliyyatlar yavaşıyır və daha çox vətəndaşdan insan qalxanı kimi istifadə olunur.

Biz Mosul və Tal Afarı tezliklə azad etməliyik, amma İraq qüvvələrinin məqsədi təkcə bu yerləri İŞİD militantlarından azad etmək deyil. Məqsəd insanları İŞİD militantlarının əlindən azad etmək və bu ərazini yenidən canlandırmaqdır. Hazırda Tal Afarda çox sayda mülki əhali var.
Şeyx Kərim Əl-Xarkani

İki il yarım bundan əvvəl İŞİD militantları Başmana kəndini ələ keçirdi. Qrup hökümət əhalinin həyatını məhv etmədən onları “azad etdiyini” iddia edirdi.

Təxminən iki ay əvvəl isə Haşd Şaabi kimi tanınn şiə yarı-hərbi qüvvələri ilə İraq qüvvələri kəndi geri aldı. İndi burada həyat bərpa olunur.

Yerlilər deyir ki, Haşd Şaabi bura gələndə, buradakı kiçik sünni icma məzhəblərarası zorakılığın başlaya biləcəyindən narahat idi.

“İŞİD militantları bizi Haşd Şaabi ilə qorxudurdu. Hətta mətbuat da bizi qorxudurdu. Amma azad olunandan sonra, biz eşitdiklərmizin əksinin şahidi olduq, biz həqiqətləri gördük,” deyə Başana kəndinin ağsaqqalı Şeyx Məhəmməd Əbu Ömər bildirir.

Əsgərlər deyir ki, Haşd Şaabi azı 80 kəndi İŞİD-in əlindən alıb, amma ən çətin döyüş hələ qabaqdadır.

Qışda havanın soyuması ilə hər iki tərəf əməliyyatları azaldır, amma İŞİD militantları hücumlar həyata keçirməyə davam edir.

Haşd Şaabi bayrağı
Haşd Şaabi bayrağı

Geriləməyə baxmayaraq, Haşd Şaabi liderləri İŞİD-in Mosul və Suriya sərhədi arasında yerləşən istinadgahı olan Tal Afat şəhərinə doğru irəliləməyə hazırlaşdığını deyir.

“Biz Mosul və Tal Afarı tezliklə azad etməliyik, amma İraq qüvvələrinin məqsədi təkcə bu yerləri İŞİD militantlarından azad etmək deyil. Məqsəd insanları İŞİD militantlarının əlindən azad etmək və bu ərazini yenidən canlandırmaqdır. Hazırda Tal Afarda çox sayda mülki əhali var,” deyə Haşd Şaabinin briqadir komandiri Şeyx Kərim Əl-Xarkani bildirir.

O həmçinin deyir ki, İraq qüvvələri üçün başlıca narahatlıq mənbəyi dinc əhalidir, çünki təslim olmaq əvəzinə ölməyə üstünlük verən militantları qorumaq üçün daha çox adi insan geri çəkilməyə məcbur edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG