Accessibility links

Mosulda Britaniya vətəndaşı həlak olub


Özəl təhlükəsizlik firmasının əməkdaşı yolkənarı bomba partlayışının qurbanı olub

Intiharçının bomba ilə doldurulmuş maşını Mosulda özəl təhlükəsizlik firmasının maşın karvanına çırpması nəticəsində bir Britaniya vətəndaşı həlak olub və beş mülki vətəndaş yaralanıb. Britaniyanın İraqdakı səfirliyi Mosulda bir vətəndaşının həlak olmasını təsdiq edib. Mosul Əl Qaida və digər yaraqlı qrupların istehkamı sayılır. Zəngin neft sərvətinə malik olan Mosula nəzarət məsələsində də İraq ərəbləri ilə İraq kürdləri arasında uzun sürən münaqişə mövcuddur. Bu arada Bağdadda iki yolkənarı bomba partlayışı kənd təssərüfatı nazirinin müavinini müşayiət edən maşın karvanına zərər dəyib, nazir müavinin cangüdəni daxil olmaqla beş nəfər yaralanıb.

XS
SM
MD
LG