Accessibility links

Motoroladan qatlana bilən ekranlı telefon


Motorola şirkəti keçmişə qayıtmaqla gələcəyə can atır. Belə ki, şirkət ikonik Motorla Razr modelini yeni trendlə - qatlanan ekranla təqdim edib.

Samsung və Huawei-dən sonra artıq Motorla da kitab kimi qatlanan və açılan ekranla bazara yeni modelini təqdim edib. Lakin Motorlanın Razr modeli əvvəlki iki şirkətdən fərqli olaraq daha kiçik ölçülü - 2,55 sm-lik ekrana sahibdir. Telefondan istifadə edilmədiyi zaman qatlanaraq daha yığcam hala gəlməsi onun daşınması və saxlanılması rahatlaşdırır.

Son zamanlar innovasiyalar yavaşladığı üçün artıq smartfonlar daha az təkmilləşir. Bu səbəbədən də istehsalçılar satışların canlandırlmasının bir yolunu da qatlanan ekranlarda görür.

XS
SM
MD
LG