Accessibility links

"The Insult" - “Təhqir” filmi [Video]


"The Insult" - “Təhqir” filmi
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Rejissor Ziyad Doerinin "The Insult" - “Təhqir” filmi bu il Xarici Filmlər kateqoriyasında Oskar mükafatına nominasiya edilib. Film 1948-ci ildən bəri Livan məhkəməsinin ölkədə mövcud olan mədəni, dini və siyasi məsələlərlə bağlı işlərindən danışır. Ziyad Doeri Amerikanın Səsinə filmdəki qəddar elementlərdən danışıb və bu filmin müsəlmanlarla xristianların barışması üçün bir mesaj olduğunu deyib.

Ölkədə siyasi kampaniyanın getdiyi bir vaxt Beyrutda xristian avto-mexanik Toni ilə fələstinli müsəlman, tikinti işçisi Yasir arasındakı kiçik mübahisəgetdikcə böyüyür. Yasir Toninin su borusunu təmir etdikdən sonra Toni hansısa fələstinlinin onun üçün iş görməsini istəmir və vurub borunu sındırır. Bunu görə Yasir əsəbiləşir və Tonini lənətləməyə başlayır.

Hamilə həyat yoldaşını dinləməyən Toni Yasirin müdirinə şikayət edir və ondan üzr istəməsini tələb edir. Lakin 1948-ci ildən bəri Livanda məskunlaşan digər fələstinlilər kimi Yasirin də iş icazəsi yoxdur. Yasirin müdiri onu üzr istəməyə məcbur, əks halda işini itirəcəyi ilə təhdid edir. Yasir Toni ilə görüşməyə gedəndə barışmaq əvəzinə mübahisə daha da dərinləşır.

Yasir Tonini elə vurur ki, iki qabırğasını sındırır. Toni Yasiri məhkəməyə verir. Rejissor Ziyad Doeri deyir ki, bu film olmuş hadisə üzündən çəkilib. “Filmdə olduğu kimi, mən güllərimi sulayırdım və birdən su aşağıda işləyən bir fəhlənin üstünə töküldü. O, qışqırmağa başladı və getdikcə mübahisə böyüdü.”

Rejissor deyir ki, xoşbəxtlikdən onlar problemi həll edə bildilər. “Bir-iki gün sonra mən özüm-özümə dedim: “Görəsən belə bir boş şeyin üstündə məsələ uzana bilərmi? Düşündüm ki, bilər. Onda özümə yenə sual verdim: “Belə məsələlər Livanda milllətlərarası nifağa çevrilə bilərmi? Düşündüm ki, bilər.”

“Təhqir” filmində ədalət axtaran iki nəfər arasındakı məsələ böyüyərək, məhkəməyə, ondan sonra Ali Məhkəməyə, sonra isə Livan hökumətinə qədər gedir. “Film ekranlara çıxandan sonra ölkəni iki yerə ayırdı, xristianlar filmi bəyəndi və film birnömrəli oldu. Lakin müsəlmanların böyük hissəsi filmi boykot etdi” deyə, Ziyad Doeri bildirir.

Ziyad Doeri filmin İordaniya və Fələstin əraziləri də daxil edilməklə, bəzi ərəb ölkələri tərəfindən də boykot edildiyini deyir.

Bu filmin obraz dramı və teatr əsəri janrındakı ssenaisinin həm-müəllifi livanlı xriatian Coll Toumadır.

XS
SM
MD
LG