Ava DuVernay Disneydə 100 milyon dollarlıq büdcəyə malik macəra janrında film çəkən, Oskar mükafatına nominasiya edilmiş ilk qaradərili qadındır. “Zamanın qırışı” (A Wrinkle in Time) filminin qəhrəmanı atasını xilas etmək üçün məkan və zamanlar arasında səyahət edərək, fədakarlıq mesajı yayan 13 yaşlı fərqli irqlərə mənsub qızdır.
Meqin atası artıq 4 ildir itkin düşüb. Öz iradəsi və məhəbbəti gücünə insanın başqa məkan və zamana səyahət edə biləcəyi haqda nəzəriyyəsini isbat etməyə çalışan nəzəriyyəçi fizik, professor Mörfi nəhayət fərqli bir ölçüdə dünyaya daxil olaraq, qaranlıq bir məkana düşür.
Meq rolunu Storm Rid oynayır. “O, film boyunca böyüyür. O daha həssas və daha müstəqil olur. O elə güclüdür ki, bu yalnız onun özünə deyil, ətrafındakılara da təsir edir.”
Özündə güc taparaq şərlə mübarizəyə qalxan və atasını tapmağa çalışan Meqə fəzanın üç qüvvəsi, xanımlar Whatsit, Who və Which yardım edir. Aktrisa Riz Viterspun xanım Whatsit rolunu ifa edir. “Biz böyük Hollivud filmləri içərisində yeniyetmə bir qızın mərkəzdə olmasını bir neçə dəfə görmüşük. Eləcə də qaradərili, balaca bir qızı” deyə, aktrisa bildirir.
Film 1962-ci ildə Madelin Lenqlinin xeyirlə şərin mübarizəsinə həsr edilmiş elmi-fantastik janrda yazılmış romanına əsaslanır. Filmdə eyni zamanda, irqi ayrı-seçkilik, social təcrid və zorakılıq məsələlərinə də toxunulub. Rejissoru da qadın olan “Zamanın qırışı” filminin iştirakçılarının çoxu müxtəlif irqlərdən olan qadınlardır. Rejissor DuVerneyın əsas xarakteri isə qeyri-adi işlər görərək, kainatı xilas etməyə çalışan adi bir qızdır. Ava DuVerney: “Qəhrəman olmaq üçün bir qutunun içərisində olmalı deyilik. Xarici görünüşündən və fikirlərindən asılı olmayaraq, hər kəs qəhrəman ola bilər.”
Həmin insanlardan biri də 32 ildən sonra ilk dəfə kameranı əlinə alan rejissor Ava DuVernidir. 45 yaşında Oskar mükafatına nominasiya edilən bu rejissor klassik bir hekayəni özünün üslübü və fərdi baxışları ilə lentə alıb. Opra Vinfrey: “Fikrimcə, Avanın intizamı, təşkilatçılığı və işə özünəməxsus baxışı onunla işləyən hər kəsi ruhlandırır.”
Fəza qüvvələrindən biri, xanım Which rolunu ifa edən Opra Vinfrey DuVerneyin rejissor kimi baxışlarını və filmin istehsalını dəstəkləyib.