Accessibility links

Hollivudun irqi ayrı-seçkilik mövzusundakı filmləri [Video]


Hollivudun irqi ayrı-seçkilik mövzusundakı filmləri
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Bu mövsum Hollivudda əsas yeri Amerikada müharibədən sonrakı irqi ayrı-seçkilik və vətəndaş haqları fəalları haqda mövzular alıb. Katrin Bigelou, Corc Kluni və Den Gilroy kimi rejissorlar kinematoqrafiya və məşhur aktyorlardan istifadə edərək, Amerikadakı iqri ayrı-seçkilikdən söhbət açır.

Rejissor Katrin Bigeloun Oskar mükafatına layiq görülmüş “Detroit“ filmi 1967-ci ildə Detroyt şəhərindəki qiyamlardan danışır. Katrin Bigelou: “Uzun zaman üst-üstə toplanan qəzəblər 1967-ci ildə iğtişaşlarla nəticələndi.”

Amerikanın Detroyt kimi böyük şəhərləri işsizlik, evsizlik və təhsil sahəsində ayrı-seçkilikdən narazı olan afrikalı-amerikalılar üçün döyüş meydanına çevrildi. Rejissor Bigelou həmin iğtişaşlar zamanı polisin bir qrup günahsız afrikalı-amerikalıya qarşı qəddar münasibətinə diqqət yetirir.

Polis əməkdaşları oteldəki hadisələrə şahid olan və müdaxilə etməyə çalışan bir afro-amerikalı təhlükəsizlik işçisini günahlandırmağa çalışır.

Aktyor Con Bogeya təhlükəsilik əməkdaşı Melvin Dismukesin həqiqi həyatını yaşayır. “O, oradakı oğlanlara yardım edən səssiz mələk idi” deyə, aktyor bildirir.

“Detroit” filmi kinematoqrafiyaya gərgin dram səhnələri ilə daxil olub. Filmdəki tarixi görüntülər - Amerikadakı sistematik irqi ədalətsizlik və təzyiqlər bizi kütləvi iğtişaşlar səhnəsinə aparır. “Mən filmin böyük müzakirələrə səbəb olacağına ümid edirəm” deyə Katrin Bigelou bildirir.

Biz böyük şəhərdən Corc Kluninin qara satira “Suburbicon” filmindəki Amerikanın 1950-ci illərinə, ağların yaşadığı şəhərdənkənar bölgəsinə keçirik. Rejissor Bigelou kimi Kluni də həqiqi irqçilik gərginliyindən Pensilyaniyanın Levittaun şəhərindəki qətl müəmmasının əsas vasitəsi kimi istifadə edib.

Levitauna köçən ilk afrikal-amerikalı Myers ailəsinə nifrət edən və bu ailəni təqib edən Mət Deymonun oynadığı rüşvətxor qətlə yetirilir. Corc Kluni deyir ki, film çəkilən zaman nə Donald Tramp prezident idi, nə də Şarlotsvildə irqi zəmində iştişaşlar baş vermişdi. “Bu, kampaniyanın getdiyi zaman idi və bu gülməli filmmin mövzusu yeni deyildi.”

Kinorejissor Den Gilroy özünün “Roman J. Israel Esq” filmində korrupsiyalaşmış ədliyyə sistemində irqçiliyi hədəf alan lan dramatik obraz yer alır.

Hadisə hazırkı Los-Ancelesdə baş verir və hadisələr yöndəmsiz vəkil Romanın ətrafında cərəyan edir.

Denzel Vaşinqtonun ifa etdiyi Roman afrikalı-amerikalılara qeyri-mütənasib şəkildə yanaşan ədalət sistemi ilə üz-üzə gəlir.

Rejissor Den Gilroy deyir ki, onun hekayəsi qəhrəmanı kimi 1960-70-ci illərin siyasi fəallığını xatırladır. “Bu hekayə müasir həyatı əks etdirir. Orada hazırda qanuni, konstitusiyaya uyğyn. milli və beynəlxalq hadisələr yer alır"

Bu filmlər irqi-ayrıseçkiliyə diqqət çəksə də, barışıq və tolerantlığı da təcəssüm etdirir.

XS
SM
MD
LG