Accessibility links

“Cihada cəlb edənlər” filmi [Video]


“Cihada cəlb edənlər” filmi
please wait

No media source currently available

0:00 0:02:40 0:00

“Cihada cəlb edənlər” filmi

“Cihada cəlb edənlər” filmi gəncləri ekstremist cihadçı İslam Dövləti qrupuna cəlb edənləri ifşa edən bir norveçli haqdadır. Filimin çəkilişi zamanı iki rejissordan birinin, Adil Xan Fərruxun Avropada radikallaşmış islamçı şəbəkə ilə əlaqədə olmaq imkanı var idi. Rejissor onlarla ekstremist qrupa cəlb edənlərdən biri, Norveç həbsxanasında 9 il cəza çəkən məşhur Übeydulla Hüseyn vasitəsilə tanış olub.

“Cihada cəlb edənlər” sənədli filminin çəkiliş müddətində Adil Xan islamçı Übeydulla Hüseynin vasitəçiliyi ilə Avropanın müsəlman icması ilə əlaqədə ola bilib. Filmdə Übeydulla Hüseyn bunları deyir: “İnşallah məni hamı eşidir. Bu günlər biz, harada yaşayırsınızsa yaşayın, Danimarkada, İsveçdə, Norveçdə, Britaniyada, biz həyatımız və ya ölümümüz bahasına İslamı müdafiə etməliyik”.

Rejissor insanları radikallaşdırmağa çalışan Übeydulla Hüseyn kimilərinin arxasında nələrin durduğunu öyrənmək istəyirdi. Adil Fərrux: “Hətta yaşadıqları müsəlman icmasında özlərinə yer tapa bilməyən bir qrup azlığı təkcə Norveçdə deyil, İsveçdə, Danimarkada, Fransada da tapmaq olar. Onlar iş tapmaqda, məişətdə çətinliklərlə üzləşir.”

Übeydulla Hüseyn özünü belə təqdim edir. “Mənim adım Übeydulla Hüseyndir və mən Norveçdəki “Peyğəmbər Ümmət”in sözçüsüyəm”.

“Mən onların bu yola getmələrinə nəyin səbəb olduğunu bilmək istəyirdim” deyə, rejissor bildirir.

Britaniya islamçısı Ancim Çovdari ilə yerin altında görüşəndə Adil Fərrux qorxunc radikallaşma ideologiyasının necə yayıldığını öyrənir.

2015-ci ildə ekstremistlər ilk dəfə Parisdə Fransanın satirik “Charlie Hebdo” jurnalına qarşı, bir neçə ay sonra 130 nəfərin ölümünə, 368 nəfərin yaralanmasına səbəb olan konsert zalına və stadiona hücumlar həyata keçirdilər. Rejissor Fərrux: “Bu qruplar çox kiçikdir, lakin bir yerdə işlədiklərinə görə çox güclüdürlər. Onlar bir-birlərini ziyarət edir, seminarlar kimi toplantılar keçirirlər.”

Gənc norveçli Übeydulla polisin diqqətini çəkir və o, həbs edilir. Norveç polisi Adil Fərrux və Rolfsenin çəkdiyi videoları dəlil kimi götürür. Lakin rejissorlar bunun mətbuat azadlığına basqı olduğunu deyərək, mübarizəyə başlayır. Rejissorların şikayətinə Norveçin Ali Məhkəməsində baxılır və onlar işi udu

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG