Accessibility links

İslam Partiyasının lideri Qobustan həbsxanasına keçirilir


Mövsüm Səmədov
Mövsüm Səmədov

Oktyabrın 9-da Qaradağ rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsində keçirilən səyyar iclasında bu müəssisə rəhbərliyinin İslam Partiyasının lideri Mövsüm Səmədovun 2 il müddətinə Qobustan həbsxanasına köçürülməsi haqqında təqdimatını təmin edib. Bu qərar guya Səmədovun nizam-intizamı pozması ilə əsaslandırılıb.

AİP sədri səlahiyyətlərini icra edən Elçin Manafov Amerikanın Səsinə bildirib ki, cəzaçəkmə müəssisəsinin binası önünə 50-yə yaxın islamçı gəlib, lakin onlar prosesə buraxılmayıb. İctimai dəstək qrupu, o cümlədən jurnalistlər cəzaçəkmə müəssisəsinin qapılarından uzaqlaşdırılıb.

Onun fikrincə, Səmədovun cəza rejiminin sərtləşdirilməsi siyasi motivlərlə bağlıdır.

Vəkil Anar Qasımlı bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Onun sözlərinə görə, rejimin sərtləşdirilməsi əsassızdır.

Belə ki, Səmədov karserdə yerə yorğan sərib namaz qılmaqla “dövlət əmlakına ziyan vurmaqda” ittiham ediblər.

Mövsüm Səmədov İslam Partiyası Məclisində Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən beş gün sonra - 7 yanvar 2011-ci ildə həbs edilib.

Oktyabrın 7-də Səmədov və daha 6 AİP fəalı və ilahiyyatçı hakimiyyəti ələ keçirməyə cəhd, qanunsuz silah saxlamaq və digər cinayətlərdə ittiham olunaraq, uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Səmədov 12 il cəza alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG