Accessibility links

Mozaika evi


Mozaika evi
please wait
Embed

No media source currently available

0:00 0:01:58 0:00

Onların Kaliforniyadakı evi adi ev deyil, daha çox sənət əsərinə bənzəyir. Şeri Pan və Qonzalo Dyuranın evinin hər qarışı mozaik daşlarla bəzədilib.

Mozaika evinə xoş gəlmisiniz!

Bu rəngarəng evdə qonaqlar həmişə mehribanlıqla qarşılanır. Sənətkarlar Şeri Pan və Qonzalo Dyuran 25 ildir evlidirlər. Bu illər ərzində onlar evlərini yeniləşdirmək və gözəlləşdirməklə məşğul olub. “Şeri bəzi daşları qarışıq rənglərlə bəzədi. Əvvəlcə onlar belə olmalı idi, lakin biz onları sındıranda belə rəngarəng mənzərə gördük” - deyə, Qonzalo Dyuran bildirir.

Bu, minlərlə sınmış daş parçasını onlar öz əlləri ilə yığıb. Bu kirəmit lövhələr təkcə vanna otağını deyil, bütün evi bəzəyir. Son zamanlar isə onlar bu lövhələri özləri gildən hazırlayır. “Bizim üçün bu işi görmək asandır, çünki biz bu kirəmit lövhələri almırıq, özümüz hazırlayırıq.”

Onların bir yerdə olmalarına səbəb sənətə sevgidir. Şeri Pan: “O, rəng satırdı, mən isə “Nova Color”dan rəng almağa getmişdim. Mən əlimi uzadanda o mənim əlimi öpməyə başladı. Kimisə öpməyin nəticəsi 27 il birlikdə olmaq deməkdir.”

Evin təmiri və bəzədilməsinin bir neçə il də davam edəcəyinə baxmayaraq, Qonzalo Dyuran yeni layihə haqda düşünür. “Mən buradakı işi başa çatdırdıqdan sonra bu evdən başqa evə köçməyi və yenidən başlamağı düşünürəm.”

Onların hər ikisinin evdə ayrılıqda balaca iş otaqları var. Şeri yağlı boyalara, həyat yoldaşı isə akrilik boyalara üstünlük verir. O həm də qeyri-adi oyuncaqlar düzəldir.

Ailə hər şənbə günü bir neçə saat turistləri bu gözəl evlərinə dəvət edir. Onlar buradakı rəngarəngliyi, ideyalarını və incəsənətə olan sevgilərini insanlarla paylaşmaqdan məmnun olduqlarını deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG