Accessibility links

Mozambikdə təbii fəlakət


Afrikanın cənub-şərq bölgələrini təsirinə məruz qoyan İdai siklonu ən ciddi zərbəsini Mozanbikin Biera şəhərinə vurub.

Mozambik prezidenti Filip Nyusi təbii fəlakət nəticəsində 84 nəfərin həyatını itirdiyini təsdiq edərək deyib ki, ölənlərin sayı 1000-i ötə bilər.

"Bu, əsl humanitar fəlakətdir. 100 mindən artıq insan təhlükədədir” - deyə, dövlət başçısı bildirib

Qızıl Ayrpara və Qırmızı Xaç cəmiyyətlərinin Beynəlxalq Federasiyasının yardım komandaları şəhərə göndərilib.

Heyətə rəhbərlik edən Cami Lesur şəhərin 90 faizinin yerlə-yeksan olduğunu bildirib.

BMT-nin təxminlərinə görə, Mozambik, Malavi və Zimbabvedə bir milyon yarım insan fəlakətin təsirinə məruz qalıb.

Əsəsən yoxsul və ucqar bölgələr olmaqla, on minlərlə insan işıqsız və telefonsuz qalı, yolları bağlanıb.

Siklon Mozambikə saatda 200 kilomert sürətlə çatıb, daha sonra isə Malavi və Zimbabveyə istiqamət alıb.

XS
SM
MD
LG