Accessibility links

Mozambikdə qəhvə istehsalı ilə ətraf mühitin mühafizəsi bir-birinə calaşdırılıb [Video]


Mozambikdə qəhvə istehsalı ilə ətraf mühitin mühafizısi bir-birinə calaşdırılıb
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Mozambikdə qəhvə istehsalı ilə ətraf mühitin mühafizəsi bir-birinə calaşdırılıb

“Global Forest Watch” təşkilatının hesabatına görə, 2017-ci il tropik meşə örtüyünün kütləvi itirilməsinin ikinci ili oldu. Bir çox ölkənin meşə torpaqlarının bərpası öhdəliklərinə baxmayaraq, orada yaşayan insanları gəlirlə təmin etməkdə problem var. Qəhvə buna kömək edə bilər.
1970-ci ildən bəri Mozambik yanğınlar, qanunsuz ağac kəsimi və vətəndaş müharibəsi səbəbi ilə meşələrindən beşdə birini itirib.
Bu qəhvə ağacları meşələin bərpası planına daxildir.
Qəhvə fermeri Randinyo Faduko Qornqonsa Milli Parkında işləyir. O deyir ki, onlar meşəni bərpa etmək üçün qəhvə və yerli bitkilər becərirlər.
Qəhvə bitkiləri yerli ağacların kölgəsində böyüyür. Onlar hər ikisi yağış sularını özlərinə çəkərək insanları və vəhşi təbiəti su ilə təmin edən çayları qidalandırır.

Qorqonsa qəhvə layihəsinin rəhbəri Kventin Harhuf bildirib ki, meşələrin məhvi su təminatına ciddi zərbə vurub. Onlar daha çox ağac əkməklə erroziyanın qarşısını alırlar, bununla bu ərazilərin süngər kimi dağların suyunu özünə çəkməsinə kömək edə bilərlər.


Ağacların təpələrə yenidən qayıtması bu işdə böyük kömək edə bilər. Lakin bunun burada yaşayan insanlara heç bir köməyi olmaz.

Emiliya Nacir fermerlərin yetişdirdiyi qəhvəni emal edir.
Onlar bərpaetmə proyekti zamanı qəhvədən istifadə edirlər, çünki Mozambikdə bir ərazini bərpa etmək və eyni zamanda insanları oradan çıxartmaq mümkün deyil.

Harruf bildirir ki, qəhvə yerli əhaliyə adi fermaçılıqdan daha çox gəlir əldə etməyə kömək edir.

Bu onların yerli sakinləri əslində çox kiçik bir ərazidə nələr edə biləcəyinə inandırmağın yeganə yoludur. Bunun əhəmiyyəti biçib-yandırmanın azalmasıdır, bir ailənin bir hektarda həm yaşaya biləcək, həm də ənənəvi biçib - yandırma sistemindən nisbətən daha çox gəlir əldə edə biləcək.
Gəlir və bərpa. Haarhoff deyir ki, kölgədə yetişdirilən qəhvə Mozambik əhalisinə və ətraf mühitinə yardım edəcək.

XS
SM
MD
LG